Rəsmi Pekindən Trampa cavab gecikmədi: "ABŞ məhsullarına əlavə rüsumlar tətbiq olunacaq"

img

04-02-2025 [11:53]


Çin ABŞ prezidenti Donald Trampın ölkədən idxal edilən bütün məhsullara əlavə 10 faizlik gömrük rüsumunun tətbiqinə cavabsız qalmayıb.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, rəsmi Pekin ABŞ-ın Çinin bütün məhsullarına əlavə 10 faizlik gömrük rüsumu tətbiqinə cavab olaraq qərar qəbul edib. 

Çin Maliyyə Nazirliyindən verilən açıqlamaya əsasən, ABŞ-dan xam neft, kənd təsərrüfatı avadanlıqları, nəqliyyat vasitələri və yük maşınları da daxil olmaqla məhsullara 10 faiz, kömür və təbii qaz məhsullarına isə 15 faiz əlavə gömrük rüsumu tətbiq olunacaq: "Əlavə vergilər fevralın 10-dan qüvvəyə minəcək".

Nazirlik əlavə edib ki, Trampın qərarından sonra ABŞ-dan bəzi məhsulların alışını da məhdudlaşdıracaqlar. 

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA