Həbs olunan partiya sədri azadlığa buraxılmadı

img

04-02-2025 [10:29]


Yanvarın 21-də “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə həbs edilən Zəfər Partiyasının sədri Ümit Özdağ qərardan şikayət verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, barəsindəki həbs qərarının ləğvi tələbinə İstanbul 2-ci Sülh Cəza Məhkəməsi tərəfindən baxılıb.

Məlumata görə, məhkəmə tələbi rədd edib: "Beləliklə, partiya sədri həbsdə qalacaq".

Xatırladaq ki, Ümit Özdağ Silivridəki Mərmərə Qapalı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR