81 saylı dairə üzrə beş seçki məntəqəsinin nəticələri ləğv olunub

img

03-02-2025 [17:07]


81 saylı dairə üzrə beş seçki məntəqəsinin nəticələri ləğv olunub.

Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında qərar evrib.

MSK katibi Arifə Muxtarova bildirib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib: "Həmin məntəqələrdə Bəcirəvan kənd bələdiyyəsinə seçkilər keçirilib. MSK-nın qərarına əsasən, bu məntəqələrdə seçkinin nəticələri etibarsız sayılıb".

Sonda Bəcirəvan bələdiyyəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi qərara alınıb.

Qeyd edək ki, Bəcirəvan bələdiyyəsinin tərkibinə Ağcüyür və Bəcirəvan kəndləri daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR