“Ovod” tamaşasının premyerası olacaq

img

03-02-2025 [20:05]


Teatr və kino aktyoru, prezident mükafatçısı Ziya Ağa yeni böyük layihəsini teatrsevənlərə təqdim edəcək.

Mia.az xəbər verir ki, aprelin 20-də Heydər Əliyev Sarayında İrland yazıçısı Etel Lilian Voyniçin geniş oxucu kütləsi tərəfindən sevilən “Ovod” əsəri əsasında səhnələşdirilən eyni adlı tamaşanın premyerası olacaq.

Premyerası olacaq tamaşanı səhnələşdirən və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, ikinci rejissoru Oksana Rəsulovadır.

Səhnə əsərində obrazları Ziya Ağa ilə yanaşı, Xalq artisti Vidadi Həsənov, Əməkdar artist İlqar Cahangir, tanınmış aktyorlar Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov, Cavid Baba və digərləri ifa edəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR