Siyavuş Novruzov deputat həmkarını aşağıladı: “O kimdir ki, haqqımda nəsə desin, vecimə də deyil"
04-02-2025 [13:32]
"Əşi nə danışır, danışsın, Razi kimdir axı...".
Mia.az xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Yenicag.az-a açıqlamasında deyib.
O, deputat həmkarı Razi Nurullayevin sosial şəbəkədə onun haqqında yazdıqlarını oxumadığını da deyib: “Razi kimdir, mənim haqqımda nəsə desin, yazsın. Heç oxumamışam. Əşi nə danışır, danışsın da. Mənə qlobal məsələlər haqqında sual verin. Razinin nə dediyi, nə yazdığı mənə maraqlı deyil. Onun haqqımda nəsə yazdığını eşitmişəm, oxumamışam, vecimə də deyil. Elə belə də yazın”.
Xatrladaq ki, Razi Nurullayev Siyavuş Novruzovun ötən gün Milli Məclisdə İmişlidəki hadisələr barədə çıxışında onun adını çəkməsinə etraz olaraq sosial media hesabında yazıb:
"Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm. İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik".
O, daha sonra həmkarı Siyavuş Novruzov sərt sözlər işlədib: "Amma Siyavuş Novruzovun bu günkü çıxışında "İmişli deputatatları ilə söhbət etmişəm, onları mənə deyib" fikri tam olaraq kökündən yanlış idi. Sözünüzü demək istəyirsiniz, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın. Siyavuş müəllim, bu cür yanlışlıq etməklə, özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz. Çox təəssüf edirəm. Zəng etdim götürmədiniz, məcbur olaraq burada yazmalı oldum".
Onu da xatırladaq ki, deputat Siyavuş Novruzov bu gün Milli Məclisin iclasında çıxış edərək İmişlinin icra başçısı və deputatları haqda deyib: "İmişlidə olan hadisələri Avropada erməni çörəyi yeyənlər bunu tamam başqa istiqamətə yönəltdilər. O qəzanı törədən adam belə bu hadisənin olmasını istəməzdi. Hadisə baş verib və mən İmişlinin hər iki deputatı ilə söhbət etdim. İcra başçısı rayon mərkəzindən üç kilometr aralıdadı, niyə camaatın yanına gəlmədi? Polis rəisi niyə o camaatın qabağına çıxmadı? Bir dənə prokurordan savayı başqa bir adam o camaatın qabağına çıxmadı. Bu xalqdır. İnsanları başa salmaq lazımdır. Səni orda öldürəcəkdilər? Əksinə qabaqlarına polis düzdülər. Bu insanlarda qıcıq yaratdı. Bütün Azərbaycan xalqı Prezidenti dəstəkləyir, sevir. Bizim hamımızın canımız Prezidentə fədadır. Amma çıx camaatın qarşısına camaatı başa sal. Niyə camaatdan kənar qaçırsız? Nəyə görə? Dövlət əmlakına ziyan vurduğuna, əsəblərini idarə edə bilmədiklərinə görə 18 nəfər həbs edildi. Mən xahiş edirəm ki, onları bağışlasınlar, cavan uşaqlardır. Amma belə hərəkətlərdə rayon hüquq-mühafizə orqanları insanların qabağında olmalıdır. Əgər onun üzü yoxdursa camaatın qabağına çıxmağa, onda gedib ərizəsini yazıb çıxsın evinə getsin”
MİA.AZ
İsrail hərbçiləri "Əl-Cəzirə"nin işçilərini atəşə tutub
Qırmızı Bazarda əkin sahələri icraəyə veriləcək
Partiya sədri qəza törədib? - Özü inkar edir, lakin...
Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
AMEA: "Ramiz Mehdiyev burada qala bilməz"
"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var
MİDA-nın layihəsi dayandırılıb
YAP qurultay keçirəcək - Gələn ay...
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Bakıda arvadın, baldızını və onların nənəsinı bıçaqlayan şəxsin şikayətinə baxılacaq
Ata Abdullayev azadlığa buraxılıb
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Regional şöbədə yoxlama iddiası - Nazirlik şikayətə belə cavab verdi
Rusiya olmayan “Rusiya”: Qərb mediasının geosiyasi dili
İLHAM ƏLİYEV və XANIMI ALMANİYADA - FOTOLAR
Sabiq icra başçısının həbs müddəti 5 ay uzadılıb
Rəsmi Tehran: "Əgər danışıqlar real və..." - "Hər hansı bir avantürizmə qətiyyətlə cavab verəcəyik"
Ançelottini müqaviləsi uzadılır
MEDİADA GEDƏN XƏBƏRLƏRİN SİLİNMƏSİ: hansı hallarda icra edilə bilər?
"Beşiktaş" "Başakşehir" matçına hazırlaşır
Türkiyədə mərc oyunları ilə bağlı qayda dəyişib
Yeni vergi güzəştləri tətbiq ediləcək - Dəyişiklik
ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq, TRIPP və geosiyasi yenidənqurma...
Güclü küləkli əsəcək - Sarı və narıncı xəbərdarlıq verilib
Bakı, Sumqayıt və Abşeronda pensiyalar artımla ödənilib
Minimum əməkhaqqı ilə bağlı qərar verildi
Sabah hava necə olacaq? - Proqnoz
Bakı Moskvanın orbitindən çıxır: postsovet məkanının sonu? - TƏHLİL
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
Nizami rayonunda 10 il əvvəl evləri sökülən sakinlər küçədə qalıb - "Nə yeni ev verirlər, nə də..."
Türkiyədə sosial mediada fahişləliyə çağırış edənlər qandallandı - Ev, maşınlar və iki şirkətə "əl qoyuldu"
Milli Məclisin iclası başlayıb
Trampın İsrail prezidentinə sərt mesajı cavabsız qalmadı - Hersoq "Bura hüquqi dövlətdir" dedi
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - SİYAHI
Şəhid oğlu direktor təyin edildi
“Araz Fərqindəlik Yaradır” şüarı altında “Xərçənglə Mübarizə Həftəsi” keçirilib - FOTOLAR
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
Azərbaycan nefti 70 dollardan satılır
Böyük Britaniyada şəxsi maşınlarda siqaret çəkilməsi qadağan olunur
NYT: "ABŞ Karib dənizindəki nəhəng gəmini Yaxın Şərqə göndərir"
Zəngilanda əkin sahələri istifadəyə veriləcək
"Təmizlənmə yarımçıq qalmamalıdır” - Partiya sədri