İsrail fələstinli məhbusların azad edilməsini təxirə salıb - Səbəb

img

30-01-2025 [18:17]


İsrail bu gün razılaşmanın əksinə olaraq, Qəzza zolağındakı Xan Yunisdə fələstinlilərin azad edilmə prosesini icra etməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yisrael Katz göstəriş verib.

Onlar məhbus mübadiləsinin üçüncü raundu çərçivəsində fələstinli məhbusların azad edilməsinin təxirə salınmasını istəyiblər.

Məlumata görə, buna səbəb bu gün 5 tailandlı girovun azad ediməsi ilə bağlı Xan Yunusda yaşanan gərginliklər və səslənən şüarlar olub: "Bu və ya digər səbəbdən fələstinli məhbuslar israilli girovların Qəzza zolağından təhlükəsiz çıxışı təmin olunmayana qədər azad edilməyəcək"

Xəbərdə deyilir ki, mövcud vəziyyətlə bağlı vasitəçilərə də məlumat verilib.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:05 30.01.2025

AQTA məlumat yayıb