Azərbaycanlı solist “Astana keştəri”ndən döndü - FOTOLAR

img

31-07-2014 [19:14]


Opera və Balet Teatrının solisti Vüsalə Musayeva Qazaxıstanın Astana şəhərində keçirilən "Astana keştəri” ("Astana axşamları” ) festivalından dönüb. 

Bu barədə o, Mia.az-a açıqlamasında bildirib. Artıq ikinci dəfədir keçirilən festivala dünyanın bir çox ölkələrindən olan məşhur musuqiçilər qatılıb.  

Xanəndə festivalın açılış mərasimində təşkil edilən konsert proqramında çıxış edib. Onu əməkdar artist Elşən Mansurov və Malik Mansurovun rəhbərlik etdiyi ansambl  müşayət edib: ""Astana keştəri” bizim Qəbələ festivalına oxşayır. Biz festivala fəxri qonaq kimi dəvət olunmuşduq. Çıxışımız Qazaxsıtanın modern üslubda olan və gözəlliyi ilə tanınan Opera və Balet Teatrında oldu. Əvvəlcə mən, Elnur Zeynaolv və Məryəm Şabanova birlikdə "Bayatı-Şiraz” dəsgahını təqdim etdik. Sonra ayrı-ayrılıqda öz solo ifamızı səsləndirdik. Mən ifama "Şur” təsnifi ilə başladım, muğamla davam etdim və karifey sənətkarımız rübabə Muradovanın reperturından olan "Heydərbabaya salam” mahnısını ifa etdim. Çıxışımız alqışlarla və rəğbətlə qarşılandı”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:13 07.09.2025

Sabah yağış yağacaq