Tanınmış rejissor Rövşən Almuradlı xəstəxanaya düşdü

img

12-08-2014 [17:10]


Tanınmış rejissor Rövşən Almuradlı xəstəxanaya yerləşdirilib. Bu haqda rejissorun oğlu Kamal Almuradlı məlumat verib. Modern.az xəbər verir ki, rejissorun oğlu atasının ürək ağrılarından əziyyət çəkməsi səbəbindən xəstəxanaya yerləşdirildiyini qeyd edib: "Dünən ürəyindəki kəskin ağrılarla əlaqədar reanimasiyaya yerləşdirdik”. 

R.Almuradlı 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb.

2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş "Cavad xan” bədiii filminin quruluşçu rejissorudur.

2013-cü ildə Vətəndaş Həmrəyliyi Partiyasına üzv olub. 2014-cü ildə VHP sədrinin mədəniyyət məsələləri üzrə müşaviri təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:13 07.09.2025

Sabah yağış yağacaq