Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
30-01-2025 [09:37]
Dövlət Su Ehtiyatları Agentliyində islahatlar aparılsada bir çox qurumların idarə rəisləri yenə də "köhnə qaydalarla" işləməkdə davam edir.
Mia.az xəbər verir ki, "ənənəvi metodlara" sadiq qalan idarə rəislərindən biri də Biləsuvar Suvarma Sistemləri İdarəsinin müdiri Ədalət Babayevdir.
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə yenidən Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəis təyin edilən Ədalət Babayev adı çəkilən qurumda "ailə podratı" yaradıb.
Saytımıza daxil olan məlumata görə Ədalət Babayev oğlunu mühəndis, baldızı oğlunu isə müavin təyin edib. Bildirilir ki, Ədalət Babayev oğlu Orxan Rəşidlinin vəzfisəni 4 ay müddətində 3 dəfə dəyişib. Belə ki, Orxan Rəşidli sınaq müddətində ilk öncə 1-ci texnik təhcizatda mühəndis, sonra ümumi şöbədə mühəndis, daha sonra isə su bölgüsündə mühəndis təyin edilib.
Digər məlumatda bildirilir ki, hazırda Biləsuvar Suvarma Sistemlərini Ədalət Babayevin baldızı oğlu və müavini Elsəvər Həsənov idarə edir. Yanacaq məsələlərindən tutmuş, texnikaların təhcizatı və hərəkətinə qədər bütün işləri əlinə alan Elsəvər Həsənovun yaxın gələcəkdə Ədalət Babayevin dəstəyi ilə başqa bir rayona idarə rəisi təyin ediləcəyi iddia edilir. (Azfakt.com)
***
Biləsuvar Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Ədalət Babayev haqqında bir sıra saytlarda yayılan məlumata münasibət bildirib.
Mia.az-ın məlumatına görə, o, Faktinfo.az saytına açıqlamasında təyinatları belə izah edib:
"Birincisi, oğlum Orxan Rəşidli struktur islahatları aparılana qədər rəhbəri olduğum idarədə işləməyib. O, Cənub Muğan Kanalı İstismar İdarəsində müxtəlif işlərdə,o cümlədən qısamüddətli kanal rəisi vəzifəsində çalışıb.Belə ki,bir neçə idarə, o cümlədən Cənub Muğan Kanalı İstismar İdarəsi Biləsuvar Suvarma Sistemləri İdarəsinə birləşdirildi,Orxan 12-ci dərəcədən, 9-cu dərəcəyə endirilməklə müvafiq ixtisas üzrə köçürmə yolu ilə rəhbərlik etdiyim idarəyə su bölgüsündə mühəndis işinə göndərildi. Bu da mənim istəyimlə olmayıb.
İkincisi də, oğlum hardasa işləməli deyildi ki? 628 bal toplamış, iki universitet bitirmiş şəxs çalışmamalı idi ki, günlərin birində baş verəcək struktur islahatları nəticəsində bölgüdə atasının rəhbərlik etdiyi idarəyə düşə bilər? Bunu da saytlar yazacaq.Bu nə yanaşmadı indi? Orxan neyləsin, Biləsuvar rayonundan gedib, başqa bölgədə işləsin? Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur? İndi də oğlumun işləməsini həzm edə bilmirlərsə, iş yerini dəyişdirsinlər."
İdarə rəisi müavini Elsevər Həsənov haqqında yazılanlara da aydınlıq gətirib: "Müavinim Elsevər Həsənov çox savadlı, işinə məsuliyyətlə yanaşan şəxsdir. Yüksək bal toplamış, iki universitet bitirmiş gəncdir. Onun haqqında da həqiqətə uyğun olmayan məlumat yazıblar. Yəni qeyd etmək istəyirəm ki, yanacaq, texnikaların təchizatı və hərəkətinə kimi məsələlərin müavinim Elsevər Həsənova heç bir aidiyyatı yoxdur. Vurğulanan məsələlər vəzifə bölgüsü baxımından idarənin baş mühəndisinə aid işlərdi. O da öz vəzifəsi ilə məşğuldur. Həmçinin yazıldığı kimi deyil, mən rəhbər şəxs təyin etmirəm, elə bir səlahiyyətim yoxdur, Elsevər Həsənov da tabe olduğumuz baş idarə tərəfindən müavin kimi idarəyə təyin olunub. Onu bir müddətdən sonra başqa bir idarəyə rəis göndərəcəyimə dair yazılan fikrə gəlincə, qeyd etdiyim kimi bu mənim səlahiyyətim daxilində deyil, yalan xəbərdir.Yeri gəlmişkən, niyə görülən işlərdən, əldə olunan uğurlardan yazmırlar?".
Yeri gəlmişkən, Mia.az-ın məlumatına əsasən, Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun iki qudası da adıçəkilən agentlikdə yüksək vəzifə tutur...
MİA.AZ
Pentaqon rəhbəri: "48 saat müddətinə biz hər şeyi öyrənə biləcəyik"
"Qalatasaray" qalmaqallı oyunçusunu satdı - Ərəblərə...
Beynəlxalq Avrasiya Mətbuat Fondu 5 milyon 268 min manatlıq müqavilə bağlayıb - Mina təmizləyəcəklər
"Beşiktaş" Onananı icarəyə verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Adana Dəmirspor" yeni baş məşqçi ilə anlaşıb - Açıqlama
Zelenski: “Litvanın prezidenti ilə danışdım və..."
Hakan Fidan niderlandlı həmkarı ilə müzakirə aparıb
"Kəssam tuqayları"nın lideri həlak olub - Xəbər təsdiqləndi
Türkiyədə yenə zəlzələ olub
Bələdiyyə seçkiləri: pozuntulara dair müraciətlər araşdırılır
Sabiq icra başçısı məhkəməyə şikayət verib
Qəzzada dağıntılar altından daha 42 cəsəd çıxarılıb
İsrail fələstinli məhbusların azad edilməsini təxirə salıb - Səbəb
Xalq artisti onu şantaj edən şəxsi bağışlayıb
"BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
"İranə, sən nə günə düşmüsən? - Millimizin üzvü narkotik aslılığından əziyyət çəkir + VİDEO
"Fənərbağça" müdafiəçi alır - "Trabzanspor"la danışıqlar başlayıb
Xalq artisti palataya köçürülüb - Açıqlama
MİT araya girdi, HƏMAS taylandlı girovları buraxdı - FOTOLAR
İordan çayının qərb sahilində daha 10 nəfər öldürülüb - FOTO
Müğənni Şəbnəm kövrəldi - VİDEO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Məşhur həkim tanınmış vəkilə uduzdu
Abşeron Rayon İcra Hakimiyyətinin vergiyə külli miqdarda borcu var
Abşeronda qətl: dayı 38 yaşlı bacısı qızının öldürüb
AQTA məlumat yayıb
Mərkəzi Bankın ehtiyatları artıb - Bir həftə içində 4.2 milyard
Əli Əsədov Almatıda işgüzar səfər olub - FOTOLAR
Növruz və Ramazanda 11 gün iş olmayacaq
Tanınmış ekspert İlqar Əliyev həbs olunub - Narkotik ittihamı ilə
İstanbulda saxta polis tutulub - Təfərrüat + FOTO
İtaliya-Azərbaycan Universitetinin binası nə vaxt açılacaq? - Hafiz Paşayevdən açıqlama
“Mən otağımda pul almamışam" - Keçmiş məhkəmə hakiminin özü indi hakim qarşısına çıxarılıb
"Xəbər bizi son dərəcə kədərləndirdi" - İlham ƏIiyev Donald Trampa başsağlığı verib
ÖLÜM İŞİ: Məhkəmə tanınmış həkimin şikayətinə "yox" dedi
Quranı yandıran şəxs evində canlı yayım zamanı öldürüldü - Polis açıqlamadan yayınır
"Qarabağ" klubunu 2000 manat cərimələnib
Niyazi Mehdi xəstəxanaya yerləşdirilib
Adil Nağıyev və üç futbolçu futboldan ömürlük uzaqlaşdırılıb
Xarici İşlər Nazirliyi ABŞ-a başsağlığı verib
BƏLƏDİYYƏ SEÇKİSİ: nəticələr açıqlandı - SİYAHI (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlandı
Sergen Yalçın təriflədi, "Qalatasaray" hərəkətə keçdi - 12 milyonluq hücumçu Türkiyəyə gələcək?
Müdafiə Nazirliyinin keçmiş İdarə rəisi ev dustaqlığına buraxılıb