"Kəssam tuqayları"nın lideri həlak olub - Xəbər təsdiqləndi

img

30-01-2025 [22:10]


HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Kassam Tuqaylarının lideri Məhəmməd əl-Dayfın həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qruplaşmanın sözçüsü Əbu Ubeydə açıqlama verib.

Onun sözlərinə görə, Dayfla yanaşı, Hərbi Şuranın üzvləri olan Mərvan İsa, Qazi Əbu Tamah, Raid Sabit, Rafi Selame, Əhməd əl-Qəndur və Ayman Nəvfəlin də həyatları ilə vidalaşıblar. 

Əbu Ubeydə onların nəı vaxt və hansı şəraitdə həlak olmaları haqda təfərrüatlar açıqlamayıb.

Xatırladaq ki, İsrail ordusu Dayfın ötən ilin avqustun 1-də öldürüldüyü xəbərini yaymışdı

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:05 30.01.2025

AQTA məlumat yayıb