“Mən otağımda pul almamışam" - Keçmiş məhkəmə hakiminin özü indi hakim qarşısına çıxarılıb
30-01-2025 [14:18]
Bərdə Rayon məhkəməsinin vətəndaşdan külli miqdarda rüşvət almaqda ittiham olunan hakimi Elsun Əhmədovun cinayət işinin təfərrüatları məlum olub.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, istintaq hakimin 21 min manat rüşvət aldığını aşkar edib.
İttihama görə, Elsun Əhmədov hakim olan zaman icraatında Məqsəd Bayramovun narkotik ittihamı ilə həbs edilməsi ilə bağlı iş olub.
Hakim Məqsəd Bayramovun arvadından bu iş üzrə minimum həddə cəza təyin etmək üçün 21 min manat pulu rüşvət olaraq tələb edib. Hakim pulu iclas katibi Orxan vasitəsi ilə 10 min, 8 min və 3 min olmaqla hissə-hissə alıb. Hakim aldığı rüşvətin qarşılığında Məqsəd Bayramova minimum həddə- 3 il azadlıqdan məhrumetmə cəzası təyin edib.
Hakim məhkəmədə ifadə verən zaman özünü rüşvət almaqda yox, dələduzluqda günahkar bilib. Pulu almasının səbəbi kimi isə anasının onkoloji xəstə olmasını göstərib. Deyib ki, sonra atası da onkoloji xəstə olduğu üçün aldığı pulu geri qaytara bilməyib.
Elsun Əhmədovun dediklərindən aydın olub ki, pul alınan zaman videogörüntü olub. “Mən otağımda pul almamışam. Orada kiminsə çəkiliş aparması mümkün deyil. Həmin görüntülərin necə çıxdığını bilmirəm.
İlk dəfə deyildi ki, belə bir işdə bu cür hökm çıxırdı. Qərarı elan edəndən sonra mənə zənglər gəldi. Dedilər ki, gərək əvvəldən deyərdin. Mən bir işdə bəraət verəndən sonra bu problemlər yaranmağa başladı. Əməlimdən peşmanam”.
İş üzrə şahid qismində dindirilən Aygül Bayramova deyib ki, pulu birbaşa hakimin özünə yox, köməkçisi Orxana verib: “Mən pulu Orxana vermişəm, o da hakimə verib. Amma pulu verəndən sonra işi uzatdılar. 18 mindən sonra əlavə 3 min istədilər ki, yuxarıdan razılıq almaq lazımdır. Mən də verdim. Sonra gördüm ki, iş uzanır. Mənə deyilmişdi ki, ərimi azadlığa buraxacaqlar. Məsələ uzanır, evdə məni lağa qoyurdular. Bu, mənə pis təsir edirdi. Elsun müəllimin hakimlik vaxtının bitdiyini bildikdən sonra şikayət etmək qərarına gəldim. Buna görə də korrupsiyaya ərizə yazdım. Mənə heç kim məsləhət verməyib”.
A.Bayramova deyib ki, ondan alınan 21 min manat Elsun Əhmədovun vəkili vasitəsi ilə geri qaytarılıb.
Burada diqqət çəkən məqam budur ki, sabiq hakim Elsun Əhmədov ifadəsində bu işlərin haradan qaynaqlandığına işarə edir, amma ad çəkmir. Aygül Bayramova da ondan soruşulmadığı halda “heç kimdən məsləhət almamışam” deyə izahat verir.
Bütün hallarda ortada fakt budur ki, rüşvət alınıb və sabiq hakim özü bunu etiraf edir.
Məhkəmədə məlum olub ki, A.Bayramova pulları verən zaman telefonla çəkilişlər aparıb. O, məhkəmə binasına gələn zaman özündə olan bir telefonu polis əməkdaşlarına verib. İkinci telefonu isə gizli şəkildə üzərində gizlədib. O, hakim köməkçisi Orxana məhkəmənin mətbəxində pul verən zaman çəkiliş edib. Sonra həmin görüntüləri disklərə köçürərək saxlayıb.
Belə şübhə yaranıb ki, A.Bayramova xüsusi avadanlıqla bu çəkilişi aparıb və ona bunu kimsə məsləhət görüb. Amma Bayramova bunu inkar edib. Telefonu necə və hansı formada çəkilişə hazır vəziyyətə gətirməsi haqda,- “şəxsi işimdir”,- deyərək, cavab vermək istəməyib. Maraqlısı budur ki, çəkiliş etdiyi telefon hazırda yoxdur. Bayramova telefonun sındığını və atdığını deyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elsun Əhmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilmişdi.
Füzuli rayonunda mina partlayıb, ölən var
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub