Adil Nağıyev və üç futbolçu futboldan ömürlük uzaqlaşdırılıb

img

30-01-2025 [13:08]


Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev futboldan ömürlük uzaqlaşdırılıb.

MİA.AZ xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Bildirilib ki, son klubu "Şamaxı" olmuş 31 yaşlı müdafiəçi danışılmış oyunlarda iştirakına görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, Adil Nağıyev bir matçda Azərbaycanın əsas millisinin formasını geyinib.

Bundan başqa, I Liqada "Mingəçevir"də çıxış edən Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA