Xalq artisti onu şantaj edən şəxsi bağışlayıb

img

30-01-2025 [18:03]


Xalq artisti Miri Yusifi videolarını yayacağı ilə təhdid edərək, qarşılığında pul tələb edən şəxsin məhkəməsi olub.

Mia.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi məlumat verib.

"Bir neçə gün əvvəl saxlanılan şəxslə bağlı məhkəmənin ilkin iclası olub. Məhkəmədə həmin şəxsi bağışlamışıq", - deyə E.Əfəndi bildirib.

Xatırladaq ki, yanvarın 19-da naməlum şəxs "WhatsApp" sosial şəbəkəsi vasitəsilə Emin Əfəndiyə mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə təhdid edərək pul tələb etmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA