Hövsanda su kəməri partlayıb, baxan yoxdur - VİDEO

Hövsanda su kəməri partlayıb, baxan yoxdur - VİDEO

CƏMİYYƏT

26.01.2025, 11:38

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ruslan Rəcəbov küçəsində sakinləri içməli su ilə təmin edən boru kəmərinin partlaması nəticəsində gölməçə yaranıb.

Mia.az Baku TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə, sözügedən boru xətti 30-40 il əvvəl çəkilib, buna görə də, o istismar müddətini başa vurub.

Sakinlər bildirirlər ki, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, problemi qulaqardına vururlar və həll etmək istəmirlər, maraqlanmırlar.

Onlar bir ildir bu bərbad vəziyyətdə yaşadıqlarını iddia edirlər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR