GÖZƏL İNSAN, PEŞƏKAR NEYROCƏRRAH, ÇIRAQ VƏTƏN ÖVLADI...

GÖZƏL İNSAN, PEŞƏKAR NEYROCƏRRAH, ÇIRAQ VƏTƏN ÖVLADI...

CƏMİYYƏT

Bugün, 17:49

 İnsan sağlam ikən xəstələnmək barədə bir o qədər düşünmür. Həyat, yaşam, gündəlik iş rejmi elədir ki, qaçaqaçdı. Nə qədər çalışsaq da işlərimizin çox hissəsi sonrakı günlərə qalır...

...Ailə üzvlərimizdən birini xəstəlik səbəbindən Respublika Neyrrocərahiyyə xəstəxanasına yerləşdirdik. Burada şəfa diləyi ilə əməliyyata hazırlanan kim, əməliyyatdan çıxan kim, müayinə üçün müraciət edən kim!..

Allah Təala hər bir xəstə insanlarımıza şəfa versin! Nə yaxşı ki, peşəkar fəaliyyəti ilə tanınan, insanlara bəxş etdiyi sağlamlıq və qayğısı ilə seviilən dəyərli həkimlərimiz var. Xəstəxananın baş həkimi, tanınmış neyrocərrah Elçin İbrahimov kimi! Əllərin var olsun, Elçin həkim! İnşallah, bizim xəstənin də əməliyyatı uğurlu olar!

Kiçik bir haşiyə: Xeyli vaxtın söhbətidir. Məktəbimizin aparıcı bir müəllimi- Atamoğlan İmranov əməliyyat keçirib, xəstəxanada yatırdı. Onun vəziyyəti kollektivimizin hər bir üzvünü narahat edirdi. Ona görə əməliyyat aparmış neyrocərrah Elçin həkimin telefon nömrəsini öyrənib, ona zəng etdik. O, əməliyyat olunmuş həmkarımızın tez bir zamanda sağalıb, öz işinə dönəcəyi barədə bizi məlumatlandırdı. Həkimə təşəkkür edib, çox sevindik! 

   O vaxtdan xeyli zaman ötsə də, Elçin həkim qəlbimizdə yaxşı bir həkim, gözəl bir insan, ən ali dəyərlərin daşıyıcısı olan çıraq Vətən övladı kimi qalıb.

   Belə fədakar həkimlərimizə TƏŞƏKKÜR EDİRİK! 

Səxavət TAĞLAR, 

Əməkdar müəllim, Prezident mükafatçısı

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR