NAZİR VİTSE-SPİKERİN QARDAŞINI VƏZİFƏDƏN AZAD ETDİ - Bakı təhsilində gözlənilməz dəyişiklik

img

08-01-2025 [16:20]


Elm və Təhsil naziri Emin Əmrullayev gözlənilməz əmrə imza atıb.

Məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov vəzifəsindən azad edilib.

Bildirilib ki, o, vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumatı açıqlamasında Hüseyn Əsgərovun özü təsdiqləyib.

O bildirib ki, bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirəcək(modern).

Hüseyn Abbas oğlu Əsgərov 1958-ci ildə Naxçıvanda anadan olub.

O, 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışırdı.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) digər müdir müavini Anar Məmmədov ötən ay vəzifəsindən azad olunub.

Mia.az bildirir  ki, H.Əsəgərov vitse-spiuker Ziyafət Əsgərovun qardaşıdır.

Saytımıza daxil olan məlumata görə, BŞTİ-də başqa dəyişikliklər də var. Hazıırda onlarla bağlı dəqiqləşmələr aparırıq.

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR