İctimai fəala ağır cəza kəsilib

img

09-01-2025 [14:34]


Dələduzluqda ittiham olunan ictimai fəal Rail Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədriliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Rail Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror ötən prosesdəki çıxışında Rail Abbasovun 8 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, R.Abbasov ötən il sentyabrın 20-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu. İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırırdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA