İlyas İsmayılov reanimasiyaya yerləşdirilib: "Bir aya yaxındır..."

img

09-01-2025 [15:28]


Ədalət Partiyasının sədri İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə Teleqraf.com-a sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılovun yaxın qohumu deyib.

"İlyas bəy hazırda Mərkəzi Klinikada reanimasiya şöbəsində müalicə olunur. Artıq bir aya yaxındır ki, o xəstəxanadadır. İnsult keçirmişdi, indi nisbətən yaxşılaşır", - deyə o, əlavə edib.

İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA