İlqar Mustafayevlə bağlı daha bir qərar verildi

İlqar Mustafayevlə bağlı daha bir qərar verildi

CƏMİYYƏT

09.01.2025, 14:51

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin cinayət işi üzrə 4 aylıq ilkin araşdırma müddəti kifayət etməyib.

Məlumata görə, sözügedən səbəbdən prokuror məhkəməyə təqdimat verib.

Təqdimatda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin daha bir neçə ay uzadılması istənilib. Məhkəmə təqdimatı təmin edib.

Qərara əsasən, İlqar Mustafayevin həbs müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, İ. Mustafayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2 milyondan çox mənimsəmədə ittiham edilir(qafqazinfo).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR