Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib

img

08-01-2025 [18:07]


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov İsmayıllı Rayon Polis Şöbəsində vətəndaş qəbulu və sıra baxışı keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildirilib ki, iki gün ərzində nazir 294 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.

Keçirilən sıra baxışında polis orqanlarında xidmət etmək arzusunda olan 196 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 23-ü Vətən müharibəsi iştirakçısıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:04 08.01.2025

Zaqatalada körpə ölüb