İordan çayının qərb sahilində daha 48 fələstinlini həbs edilib

img

09-01-2025 [13:32]


İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilində növbəti əməliyyatlar keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi məlumat yayıb.

Dərnəkdən bildirilib ki, Hebron, Tulkərim, Tubas və Ramallahda həyata keçirilən basqınlarla aralarında 48 mülki fələstinli tutulub: "Onların arasında qadın və uşaqlar da var".

Dərnəkdən verilən məlumata görə, İsrail hərbçiləri bu cür sərt davranışla fələstinliləri kütləvi cəzalandırmaq məqsədi güdür.

Qeyd edək ki, İordan çayının qərb sahili və Şərqi Qüdsdə 7 oktyabr 2023-cü ildən bəri 837 fələstinli həlak olub.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR