Qəzza zolağında daha iki ev vurulub - Ölənlər var

img

07-01-2025 [12:34]


Bu gün İsrail Qəzza şəhərində və Nusayrat Qaçqınlar Düşərgəsində mülki evləri bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 6 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.

Bu barədə yayılan məlumatı Qəzza Mülki Müdafiə İdarəsi təsdiqləyib. Bildirilib ki, İsrail döyüş təyyarəsi Qəzza şəhərinin qərbindəki Əl-Şati Qaçqınlar Düşərgəsində Sahvil ailəsinin evini vurub: "Nəticədə eyni ailənin 4 üzvü ölüb, 9 yaralı var. Nusayrat Qaçqınlar Düşərgəsindəki Abid ailəsinin evinin bombalanmasında isə 2 nəfər həyatı ilə vidalaşıb, 7 nəfər ağır yaralanıb"

Məlumatda o da deyilir ki, döyüş təyyarələrinin Meqazi Qaçqınlar Düşərgəsindəki bələdiyyə parkı yaxınlığında köçkünlərin sığındığı çadırı da  bombalayıb: "Burada ölü və yaralı sayı dəqiqləşdirilir"

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA