“Fənərbağça” hücumçusunu satışa çıxardı - 40 milyon avroya

img

27-12-2024 [10:55]


"Fənərbağça" "Əl Nassr"da forma geyinən brazilyalı Anderson Talişkaya görə qolçusunu satışa çıxarıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Talışkanın transferi ilə bağlı maraqlı durum yaranıb.

Məlumata görə, Taliskanı İstanbul klubuna satmağa hazırlaşan Səudiyyənin "Əl Nassr” komandası, eyni zamanda, "Fənərbağça"nın qolçusu Youssef En-Nesyrini transfer etmək istəyir: "Ərəblər bunun üçün İstanbul klubuna 35 milyon avro təklif eləsə də, imtina cavabı verilib. Klub qolçunu minimum 40 milyona satmağı hədəfləyir. Əgər bu məbləğə satılsa, En-Nesyri Türkiyə futbol tarixinin ən bahalı futbolçu satış rekordunu qıracaq".

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA