Nazirlər Kabineti daha iki qanuna dəyişiklik edib - Qərar
09-12-2024 [16:29]
Nazirlər Kabineti “Müfəttiş heyətinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları” və “Müfəttiş heyətinin uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları”nı təsdiq edib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, müfəttiş heyətinin hazırlığı ilə bağlı təlim proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təsdiq ediləcək. Təlim proqramı hazırlanarkən müfəttişlərin yoxlama həyata keçirəcəkləri sahələrin personalına münasibətdə kvalifikasiyasının yuxarı və ya ən azı eyni həddə saxlanılması ilə bağlı tələblər nəzərə alınmalıdır.
Bundan başqa, hər bir şəxs aviasiya təhlükəsizliyi üzrə müfəttiş kimi səlahiyyətlərinin icrasına başlamamışdan əvvəl “Doc 8973, aviasiya təhlükəsizliyi üzrə Təlimat”la müəyyən edilmiş ilkin hazırlıq təlimi keçməlidir. İlkin hazırlıq təlimi Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Avropa Mülki Aviasiya Konfransı (ECAC), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) və Agentlik tərəfindən tanınmış aviasiya təhlükəsizliyi üzrə digər beynəlxalq və yerli tədris mərkəzləri tərəfindən keçirilir və təlimin yekununda sertifikat təqdim ediləcək.
Həmçinin, aviasiya təhlükəsizliyi üzrə müfəttiş sertifikatı əldə etmiş işçilər müstəqil şəkildə yoxlamalar aparmaq üçün sayı 5-dən az olmayan yoxlamada iştirak etməklə təcrübə keçir. Müfəttişin yoxlamalar zamanı fəaliyyəti yoxlama rəhbəri kimi təyin edilmiş qrup rəhbərinin rəyinə əsasən təcrübənin qiymətləndirilməsini və müfəttişin müstəqil şəkildə vəzifə öhdəliklərinin icrasına icazə verilməsini müəyyən edir.
Təcrübə müsbət qiymətləndirilməzsə, bu Qaydaların 4.3-cü bəndindəki prosedur yenidən həyata keçirilir.
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub