YPG İraqla sərhəddə olan daha iki rayondan çıxarılıb - Rakkada isə xalq ayağa qalxıb

img

09-12-2024 [12:20]


ABŞ-ın dəstəklədiyi YPG qüvvələri Menbiç və Deyr əz-Zordan sonra daha iki rayondan geri çəkilməyə məcbur edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin dəsətklədiyi Suriya Milli Ordusu bu gün Menbiçdən sonra İraqla sərhədə doğru irəliləyib.

Məlumata görə, Suriya Milli Ordusu İraq-Suriya sərhəd xəttində yerləşən ƏlbukemalMeyadin rayonlarını da ələ keçirib.

Xəbərdə o da deyilir ki, PKK/YPG-nin nəzarətində olan Rakka vilayətində xalq ayağa qalxıb: "YPG qüvvələri onlara qarşı çıxan xalqa atəş açıb, nəticədə azı 4 nəfər yaralanıb..."

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR