"Beşiktaş" derbidə "Fənərbağça"nı devirdi - "Qalatasaray"a yenidən şans yaranıb

img

07-12-2024 [22:30]


Bu gün Türkyə superliqasında "Beşiktaş" doğma meydanında "Fənərbağça"nı qəbul edib.

Mia.az xəbər verir ki, derbi oyunundan ev sahibi komanda qalib ayrılıb.

Belə ki, 73-cü dəqiqədə "Beşiktaş" Aleks-Oksleyd Çamberlaynın qolu ilə qələbə qazanıb.

Bu qələbədən sonra "Beşiktaş" 25 xalla 4-cü yerə yüksəlib. "Fənərbağça" isə 32 xalla ikinci sırada qalıb. Əgər sabah lider "Qalatasaray" "Sivasspor"la oyundan qələbə ilə dönərsə, o zaman aradakı  xal fərqi yenidən 6-ya yüksələcək.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA