HƏMAS yaraqlıları 50 İsrail əsgərini öldürüb? - Bəyanat yayıldı, Tel-Əviv susur (FOTO)

img

06-12-2024 [11:29]


HƏMAS-ın Qəzzadakı  silahlı qanadı İzzəddin əl-Kassam Tuqayları sensasiyalı bəyanat yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda Qəzzada 50 İsrail əsgərinə qarşı yüksək partlayıcı gücə malik minalarla tələ qurularaq öldürüldükləri iddia olunub: "Qəzzanın Tel əl-Heva bölgəsindəki əl-Fələh məscidi yaxınlığında 50 əsgərdən ibarət sionist piyada qüvvələrini yüksək partlayıcı gücə sahib mina ilə hədəf aldıq...". 

Bəyanatda hadisənin detalları açıqlanmayıb. 

İsrail ordusundan hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, 7 oktyabrdan bu yana Qəzzada 44 min 580 fələstinli həyatını itirib, 105 min 739 nəfəri yaralanıb.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR