Çində həbsdə olan 3 amerikalı sərbəst buraxılıb: məhbus mübadiləsi, yoxsa... - Ağ Ev bəyanat yaydı

Çində həbsdə olan 3 amerikalı sərbəst buraxılıb: məhbus mübadiləsi, yoxsa... - Ağ Ev bəyanat yaydı

GÜNDƏM

27.11.2024, 22:20

Bu gün Çində həbsdə olan 3 amerikalı azadlığa buraxılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.

Bəyanatda deyilir ki, Çində günahsız həbs edilən 3 amerikalı bu gün azad olunub: "Uzun müddət günahsız olaraq tutulan Mark Svidan, Kai Li və Con Leunq adlı amerikalılar Çin Xalq Respublikasında həbsxanadan azad edilib. Onların ailələrinə qovuşmasından çox məmnunuq".

Xəbərdə o da deyilir ki, həmin şəxslər ABŞ-da həbsdə olan Çin vətəndaşlarının sərbəst buraxılması ilə bağlı razılaşma əsasında azad ediliblər.

Firudin Səfərli
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR