Partiya sədri, deputat qızı və oğlanları məhkəməyə verilib - Kredit qalmaqalı
27-11-2024 [14:58]
Ana Vətən Partiyasının (AVP) qurucusu, keçmiş deputat Fəzail Ağamalı və övladları - Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalı məhkəməyə verilib.
Məlumata görə, iddiaçı "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyətidir (QSC).
QSC-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Ülkər Həsənova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi kredit müqaviləsinə dair mübahisələrlə bağlıdır.
"Aqrarkredit" QSC Fəzail Ağamalı və övladları ilə yanaşı, "Agricola" şirkətini, Ağamalı Samirə Akif qızı, Ağamalı Kamran Yalçın oğlu, Ağamalı Orxan Yalçın oğlu və İmanova Suğra Sevindik qızı adlı vətəndaşları da məhkəməyə verib.
Məlumata görə, Samirə Ağamalı, Kamran Ağamalı və Orxan Ağamalı keçmiş deputatın nəvələridir.
"Agricola" MMC-yə gəlincə, açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Hətta Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında belə, şirkətin adına rast gəlinmir.
Qaynarinfo məsələ ilə bağlı Fəzail Ağamalı ilə əlaqə saxlayıb. Keçmiş deputat məlumatı təsdiqləyib. Fəzail Ağamalı bildirib ki, kredit bir neçə ilə əvvəl "Agricola" şirkəti üçün götürülüb. Lakin pandemiya dövründə şirkətin işi axsayıb: "Bu baxımdan, kredit ödənilməsində müəyyən problem yaranmışdı. Artıq "Aqrarkredit"in rəhbərliyi ilə danışıqlar aparılıb və kreditin hissə-hissə ödənilməsi barədə razılıq əldə olunub".
Keçmiş deputat kreditin məbləğini açıqlamaq istəməyib. Amma məlumata görə, söhbət böyük məbləğdə kreditdən gedir.
Fəzail Ağamalı Milli Məclisin I, II, III, IV, V və VI çağırış deputatı olub. O, cari ilin sentyabrında keçirilən parlament seçkilərinə qatılmayıb. Bu dəfəki seçkidə keçmiş deputatın qızı Günay Ağamalı namizədliyini irəli sürüb və 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən mandat qazanıb.
"Liverpul"da baş məşqçi ilə hücumçu arasında gərginlik böyüyür - Salah heyətə daxil edilməyib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə və Macarıstan arasında 16 müqavilə imzalandı
Azərbaycan və Slovakiya prezidentləri görüşdü, mühüm mesajlar verildi - FOTOLAR (Yenilənib)
Prezident Bratislavada Devin qəsrində olub - FOTO
İsrail Qəzzanı yenidən vurub - Ölənlər var
Macarıstan Baş naziri: "Türklər bizim kimidir, bilirlər ki..."
İlham Əliyev Slovakiyada - FOTOLAR (Yenilənib)
Çempionlar Liqası: "Qalatasaray" "Monoka" ilə "döyüş"ə gedib
Prokurorluqdan əməliyyat - DSX-nin kapitanı həbs edildi
Dövlət qulluğu ilə bağlı yeni əmr imzalanıb
Baş nazir daha bir qərar imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Çempionlar Liqası: hansı oyun hansı kanalda? - SİYAHI
Əli Əsədov onlara vəzifə verdi - Dəyişiklik
Müğənni Dəniz Əsədovanın məhkəməsi başlayır - DETALLAR
"Samsunspor"un oyunçusunun maşını belə yandı - FOTOLAR
Sumqayıtda kirayə məznillər satışa çıxdı - Aylıq 347 manatdan
Federasiya prezidenti tutuldu - 4 milyonluq qalmaqal + TƏFƏRRÜAT
Bu axşam “Nar”da böyük həyəcan – 7-ci avtomobil sahibini tapır!
Türkiyə futbolunda qumar: 37 şübhəli məhkəməyə sövq edldi
"Fənərbağça"da daha bir oyunçu heyətdən kənarlaşdırılıb
Antaliyada ard-arda zəlzələ - Professordan xəbərdarlıq
Türkiyədə daha bir zəlzələ olub - 4.9 bal gücündə
Venesuela 400 mindən çox canlı qüvvəylə ABŞ-ın hücumuna hazırlaşır - Daha 5600 yeni əsgər and içdi
NAZİRLƏR BİR ARADA: "Biz də İlham Əliyevi İranda səbirsizliklə gözləyirik" - "3+3" formatı regionda sülh üçün mühüm rol oynayır"
Zelenski planı necə oxumaya bilər? - Elxan ŞAHİNOĞLU YAZIR
Ceyhun Bayramov İran XİN başçısı ilə görüşüb - Açıqlama + FOTO
Sabah hava necə olacaq? - Açıqlama
"İndi həmin binanın birinci mərtəbəsi restorandır..." - Yazıçı Anar Zərdabinin heykəlinin yerinin dəyşilməsini istəyir
Prezident baş icraçı direktoru qəbul edib
Bərdədə 4 nəfər qidadan zəhərlənib
İranın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb - FOTO
Bakıda yeniyetmələr tutulub