Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimdə - Açıqlama (FOTOLAR)

img

26-11-2024 [17:47]


Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən "SAT-SAS-2024" birgə təlimi davam edir.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, plana əsasən, təlimin növbəti günündə dəniz xüsusi təyinatlı bölmələri quru ərazidə şərti düşmən arxasına helikopterdən enmə zamanı dairəvi mühafizə və müdafiənin təşkili üzrə tapşırıqları praktiki yerinə yetiriblər.

Təlim zamanı hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdiriblər.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA