Filarmoniyanın əməkdaşı ev dustaqlığına buraxılıb

img

14-11-2024 [14:05]


Dörd ay əvvəl korrupsiya əməliyyatı ilə bağlı həbs edilən Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov ev dustaqlığına buraxılıb.

Mia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin vəkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatətini əsaslı hesab edib.

R.Əliyevin bəlli yaşayış yerinin olması, istintaqdan yayınmaq fikrinin real görünməməsi qətimkan tədbirinin dəyişməsi üçün əsaslar hesab edilib.

Qeyd edək ki, Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin köməkçisi olan Rəşad Məmmədov 70 min manat rüşvət almaqda ittiham olunur. İş üzrə ibtidai istintaq davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA