Tibb Universiteti adına rüsvayçılıq - ELMİ NƏŞRİN ADI "SCOPUS"UN SİYAHISINDAN ÇIXARILDI VƏ...
07-11-2024 [14:17]
Azərbaycan Tibb Universitetinin elmi jurnalı "Scopus" tərəfindən "yırtıcı jurnal" elan olunub.
Mia.az xəbər verir ki, bu, universitet və onun jurnalı - "Azərbaycan Əczaçılıq və Farmakoterapiya" (Azerbaijan Pharmaceutical and Pharmacotherapy Journal) adına ciddi neqativ hal sayılır.
Xəbərdə deyilir ki, sözügedən jurnal artıq "Scopus" bazasından çıxarılıb və "yırtıcı jurnallar" siyahısına əlavə edilib
Məlumata görə, elm sahəsində bir universitet jurnalının adının "Scopus"a düşməsi uğur, oradan çıxması isə uğursuzluq kimi qiymətləndirilir: ""Scopus" məqalələr, konfrans materialları, kitablar və digər elmi sənədlər üzrə məlumat verən böyük bir referativ və sitat indeksləmə bazasıdır. Elsevier tərəfindən idarə olunur. 2004-cü ildə istifadəyə verilib. Scopus, alimlər və tədqiqatçılar arasında geniş istifadə olunan bir mənbədir, çünki bura elmi tədqiqatların izlənilməsi və qiymətləndirilməsi üçün zəngin məlumatlar təqdim edir. Bu bazada daxil olan məlumatlar çoxlu sahələri əhatə edir və dünya üzrə minlərlə nəşriyyatdan toplanıb Scopus, müəlliflərin və onların işlərinin sitat göstəricilərini izləmək, elmi məqalələr arasında əlaqələri müəyyən etmək və elmi sahələrdəki təsir və trendləri öyrənmək üçün faydalıdır. Həmçinin, bu bazada axtarış funksiyaları genişdir və müxtəlif filtrasiya və qurşandırma seçimləri təklif edir, bu da tədqiqat prosesini sürətləndirir və dəqiqləşdirir. Scopus, akademik tədqiqatın keyfiyyətini və təsirini ölçmək üçün istifadə olunan digər məşhur indeksləmə bazaları ilə müqayisədə daha çox beynəlxalq jurnalları və məqalələri əhatə edir. Göründüyü kimi, elm adamları üçün bir işıq sayılan "Scopus" Azərbaycanın tibb üzrə yeganə ixtisaslaşmış universitetinin elmi jurnalını "yırtıcı jurnal" elan edib".
Bəs, "yırtıcı jurnal" nə deməkdir?
Bu barədə Mia.az-a açıqlama verən adının çəkilməsini istəməyən elm adamlarından biri deyib ki, qərar universitet adına xoş deyil: "Bu o deməkdir ki, bu jurnalda elmi yox, saxta və ya keyfiyyətsiz məqalələr dərc olunur. Yəni, "yırtıcı jurnal" adı adətən belə jurnallara, o cümlədən pul alınaraq "ağına-bozu"na baxılmadan "elmi məqalə" dərc edən nəşrlərə verilir. Tibbi Universiteti adına bu qərar böyük təəssüf doğurur...".
Məsələyə universitetdən münasibət öyrənmək mümkün olmayıb. Mətbuat xidmətindən zənglərə cavab verilməyib.
Samir Musayev
MİA.AZ
İsrail Qəzzanın cənubuna və şimalına zərbə endirib
Avropa çempionatı: millimizin rəqibləri bəlli oldu
Ümummilli liderin xatirəsi Buxarest şəhərində yad edilib - FOTOLAR
Qaralov, Usubov və Sultanov bir arada - FOTOLAR
AFFA"Neftçi"ni cərimələyib
Yağışlı hava davam edəcək - Sabahın hava proqnozu
Nazir müavini: "Distant işlə bağlı yeniliklər gözlənilir"
Bakıda binaların birinin eyvanı uçub - VİDEO
"Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə"ni təsdiqlənib
Namizəd Səfərova cinayət işi açılıb
ABŞ-ın döyüş təyyərələri Venesuelanı təhdid edib
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
TRAMPIN ŞƏKLİ OLAN YENİ PUL VAHİDİ - Senatorlar ayağa qalxdı (FOTO)
FHN-dən əhaliyə xəbıərdarlıq - Yağışla bağlı
"Qalatasaray"ın baş məşqçisi: "Əlimizdən gələni edəcəyik"
Heydər Əliyev Fondu Türkmənistanda anlaşma memorandumu imzalayıb
Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar" forumu keçirilir
Axtarışda olan azərbaycanlı Almaniyada tutulub
Azərbaycan nefti ucuzlaşdı
Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağda qar yağır
CHP-nin keçmiş təşkilat sədri tutulub - Rüşvət ittihamı ilə
Çempionlar Liqası: "Qalatasaray" Fransada uduzdu - YENİLƏNİB
Zelenski Romadan Trampa mesaj verdi: "Seçkiyə həmişə hazıram"
Qarsda qar yağır - 17 kəndin yolu bağlanıb
Məşhur futbolçunu şantaj edən qadın həbs edildi - Təfərrüat
Türkiyədə məşhur jurnalistlər saxlanıldı - Narkotik ittihamı ilə
Qubada 3.3 bal gücündə zəlzələ olub
Çempionlar Liqası: "Bavariya" 12 dəqiqəyə 3 qol vuraraq qalib gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azercell Kinon tətbiqini süni intellektlə gücləndirib
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb - 7 nəfər həlak olub
Deputat Əli Abbasovun mandatına xitam verilir
"Cimbom" radarına 27 yaşlı müdafiəçini alıb
İngiltərə millisinin hücumçusu həbs edilib
Leyla Əliyeva Türkmənistanda - Avaza filialının açılışı olub
"Eskişehirspor" yarımmüdafiəçi transfer edib
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatıb
TFF Türkiyə - Rumıniya matçı ilə bağlı açıqlama yayıb
Məhəmməd Salah Ərəbistana transfer ola bilər - 2 namizəd var
"Qalatasaray" ilə "Fənərbağça"nın futbolçuları həbs olundular
Türkiyə kubokunda oyunların təqvimi açıqlanıb - "Fənərbağça" - "Beşiktaş" derbisinin tarixi bəlli olub
Deputat CHP-dən istefa verdi