Aİ-dən Ukraynada prezident seçkiləri haqda mesaj: "Şərtlər nə vaxt uyğun olsa..."

img

09-12-2025 [21:46]


ABŞ Prezidenti Donald Trampın Ukraynada prezident seçkilərinin keçirilməsi ilə bağlı yeni mesajından sonra  Avropa İttifqından (Aİ) məsələyə şərh verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Aİ Komissiyasının sözçüsü Anitta Hipper gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O,  Rusiyanın Ukraynaya qarşı müharibə apardığını yada salaraq bildirib ki, Volodimir Zelenskinin Ukraynanın demokratik yolla seçilmiş lideridir: "Növbəti seçki üçün ölkədə əlverişli mühit yaranmalıdır. Müharibə şəraitində bu necə ola bilər? Açıq desək, Ukraynada şəffaf və ədalətli seçkilər şərtlər uyğun olduqdan sonra keçirilməlidir".

Xatırladaq ki, Tramp Zelenskinin 28 maddəlik sülh planın qəbul etməməsində qəzəbləndiyini gizlətmədən Ukraynada seçki keçirilməsini istəyib: "Bəli, düşünürəm ki, orada seçki üçün vaxt tam uyğundur. Bəli, deyərtdim ki, artıq bu, çox vacibdir. Onlar isə (Zelenskinin nəzərdə tutur -Mia.az) seçkilərdən yayınmaq üçün müharibədən istifadə edirlər. Ukrayna xalqın bu seçimi etməlidir"

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA