Zelenski Romadan Trampa mesaj verdi: "Seçkiyə həmişə hazıram"

img

10-12-2025 [01:18]


Ukrayna prezidenti Zelenski onu ölkəsində yeni prezident seçkisinə çağıran Donald Trampa Romadan cavab verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İtaliyanın Roma şəhərində Baş nazir Giorgia Meloni ilə görüşdən əvvəl İtaliyanın aparıcı qəzetləri olan "Repubblica" və "Messaggero"ya müsahibə verən Zelenski Donald Trampın çağırışını cavablandırıb.

O, Trampın ona  ünvanlı "Müharibəni bəhanə edib, seçki keçirmir. Ancaq artıq bunun vaxtıdır", bəyanatını doğru saymayıb: "Biz müharibənin arxasına sığnmamışıq. Lakin ruslar hər gün bomba yağdırır. Avropa və xüsusən ABŞ bu hücumun qarşısını almağa bizə kömək etsin ki, biz də  maksimum 90 gün içində seçki keçirək. Mən heç vaxt seçkidən çəkinməmişəm. Əksinə, həmişə buna hazıram. Problem təhlükəsizlikdir, biz buna zəmanət istəyiik...".

Zelenski həmçinin sülh danışıqları ilə bağlı İtaliya Baş naziri Meloniyə etibar etdiyini bildirib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA