Çempionlar Liqası: "Bavariya" 12 dəqiqəyə 3 qol vuraraq qalib gəldi

Çempionlar Liqası: "Bavariya" 12 dəqiqəyə 3 qol vuraraq qalib gəldi

İDMAN

10.12.2025, 00:01

Dekabrın 9-da Çempionlar Liqasında 6-cı turu çərçivəsində "Bavariya"  Portuqaliyanın "Sportinq" komandası ilə üz-üzə gəlib.

Mia.az xəbər verir ki, saat 21.45-də başlayan matçdan alman komandası qalib ayrılıb -3:1.

Oyuna gəldikdə, "Bavariya" 1-0 hesabı ilə geriyə düşdüyü matçada 65-ci dəqiqədə Serj Qnabri, 69-cu dəqiqədə Lennart Karl və 77-ci dəqiqədə Conatan Tahın qolları ilə qələbəni təmin edib.

"Sportinq"in yeganə qolunu 54-cü dəqiqədə Coşua Kimmix vurub.

Bu qələbəylə Almaniya komandası 15 xal və bir oyun ehtiyatı ilə ikinci yerə yüksəlib. Portuqaliya komandası isə 10 xalda qalıb.

Fərid ASLAN

mia.az

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR