AFFA"Neftçi"ni cərimələyib

img

10-12-2025 [12:22]


AFFA İntizam Komitəsi "Neftçi"ni cərimələyib.

Mia.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib.

Misli Premyer Liqasının XIV turunun "Sabah"la səfər oyununda "Neftçi"nin azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə klub 5000 manat cərimələnib.

"Sumqayıt" – "İmişli" oyununun 90+13-cü dəqiqəsində isə meydan sahiblərinin məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, bu səbəbdən 1 oyunu buraxacaq, "Sumqayıt" 1000 manat cərimə ödəyəcək.

"İmişli" komandası isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA