Nazirlikdə 24 milyonluq mənimsəmə işi: "Yazıblar ki, guya Nəcməddin Sadıkov bu işə görə mənə pul verib, halbuki..."
KRİMİNAL
06.11.2024, 17:54
Müdafiə Nazirliyinin 24 milyon 234 minlik mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) növbəti məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə vəkilin suallarını cavablandırıb.
O bildirib ki, vicdansız adamlar onun adından pulları yeyiblər: "Mənim adıma açılan firmanın adından kredit götürülüb və pullar mənimsənilib. Mən bu işlə bağlı bir qəpik xeyrim olmayıb. Sabiq nazir Fazil Məmmədovun işdən çıxarılmasından sonra kreditin götürülməsindən xəbərim yoxdur. O vaxt bu iş üzrə sabiq Baş Qərargah rəisinin (Nəcməddin Sadıkov) yanında olan zaman demişdi ki, Fazil Məmmədov bizə humanitar yardım edəcək".
Vəkil sualına cavab verən təqsirləndirilən şəxs qeyd edib ki, 7 dəfə bankda olmayıb və adına 42 milyon manatlıq kredit götürülməsindən xəbərsiz olub:
"Mən cəmi bir dəfə banka getmişəm, bir neçə sənədə qol çəkmişəm. Amma istintaqda məlum olub ki, 7 dəfə kredit götürmüşəm. Bunların hamısından xəbərsizəm. Bu işlərlə bağlı Vergilər Nazirliyində olmuşam. Adıma firma yaradılandan sonra Vergilər Nazirliyində böyük müşavirə keçirildi, ötən dəfə qapalı iclasda kimlərin iştirak etdiyini açıqlamışam".
Zahid Niftəliyev qeyd edib ki, hesabatla bağlı bir dəfə ona zəng edilib:
"Məlumatsız olduğumdan nazirliyə məlumat verdim. Mahir Rəfiyevə zəng elədim, o da dedi, narahat olma, sənlik məsələ deyil. Daha ondan sonra mənə zəng gəlmədi. İstintaqda guya yazılıb ki, Nəcməddin Sadıkov mənə bu işə görə 62 min manat verilib. Halbuki, bu da bir fərziyyədi. Bankda da sənədləri oxumadan qol çəkmişəm. Çünki bu iş Fazil Məmmədovun işiydi. Humanitar yardım etməliydi. Demişdilər ki, işlər bitəndən sonra firma ləğv ediləcək".
Növbəti məhkəmə prosesi noyabrın 27-ə təyin edilib.
Qeyd edək ki, Z.Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib. Daha sonra o, azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yenidən həbs edilib.
Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edərək Z.Niftəliyevi vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilib və o, 8 il 6 ay azadlıqdan məhrum olunub.
Bundan başqa Zahid Niftəliyev "Atabank ASC" dən götürdüyü 42 milyon manat kredit vəsaiti və dövlət rüsumunun ödənilməsi ilə bağlı çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qərəzli icra etməyib.
Qeyd edək ki, Z.Niftəliyev Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
SOCAR daha bir dəyişiklik - Vitse-prezidentin yeni müavini kimdir?
Bugün, 19:55 İQTİSADİYYAT
-
Cahangir Fərəcullayev yeni vəzifəyə təyin edildi
Bugün, 19:05 GÜNDƏM
-
İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı...
Bugün, 18:59 İDMAN
-
Aleksdən “Fənərbağça”nın yeni baş məşqçisi haqda – Açıqlama
Bugün, 18:41 İDMAN
-
“Fənərbağça”da gözlənilməz təyinat - Aykut Kocamanın adı hallandı, lakin…
Bugün, 18:09 İDMAN
-
Azərbaycan və Rumıniya rəsmiləri arasında "Yaşıl Enerji Dəhlizi"ni müzakirə olunub
Bugün, 18:04 İQTİSADİYYAT
-
İstanbulda vəzifəli şəxs evinin qarşısından qaçırıldı - FOTO
Bugün, 17:52 KRİMİNAL
-
Ceyhun Bayramov İsveç səfirini qəbul edib - Nələr müzakirə olunub?
Bugün, 17:52 SİYASƏT
-
CNN: "Netanyahu İran-ABŞ razılaşmasına əməl etməyəcək"
Bugün, 17:43 GÜNDƏM
-
Nazirlik daha 77 maşını hərraca çıxaracaq
Bugün, 17:29 İQTİSADİYYAT
-
Çempionlar Liqası: "Neftçi"nin qadın futbolçularının rəqibi bəlli olub
Bugün, 17:26 İDMAN
-
Pezeşkian: "Bu sənəd bir millətin səsini əks etdirir"
Bugün, 17:07 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Məşhur CHP-çi haqda həbs qərarı verildi – Zorlama ittihamı ilə
Bugün, 16:59 SİYASƏT
-
Keçmiş icra başçısının daha bir əmlakı hərracda satıldı
Bugün, 16:46 İQTİSADİYYAT
-
Abşeron Xəstəxanasında niyə KT cihazı yoxdur? - Vəkil qızının ölümü ilə bağlı elə iddia səsləndirdi ki... (Rəsmi açıqlama)
Bugün, 16:39 CƏMİYYƏT
-
Günel Səfərova: "Məktəblərdə filtrdən keçirilmiş internetdən istifadə edildiyinə görə..."
Bugün, 16:20 CƏMİYYƏT
-
“Bravo” hipermarketinə silahlı basqın... - Məhkəmə qərar verdi
Bugün, 16:15 KRİMİNAL
-
Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayıb
Bugün, 16:10 GÜNDƏM
-
Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndələri ilə görüş keçirilib
Bugün, 15:56 İQTİSADİYYAT
-
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər imzalanıb (Yenilənib)
Bugün, 15:17 GÜNDƏM
-
İlham Əliyev Bakıda İslam İnkişaf Bankının açılıış mərasimində - ÇIXIŞLAR + FOTOLAR
Bugün, 15:11 GÜNDƏM
-
DİN sözçüsü: "Sosial şəbəkələrdə saxta hesablar yaradılır, yalançı şəxsiyyətlər formalaşdırılır və..."
Bugün, 14:10 CƏMİYYƏT
-
Növbəti iki gün hava çox isti olacaq
Bugün, 13:54 GÜNDƏM
-
Ukrayna Moskvaya ağır zərbələr endirdi: binalar havaya uçuruldu, neft zavodları vuruldu, Putin isə… (FOTOLAR)
Bugün, 13:32 DÜNYA
-
Adil Şükürov yola salındı
Bugün, 13:25 İDMAN
-
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib - Müzakirə + FOTO
Bugün, 13:07 GÜNDƏM
-
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini təltif edib - FOTOLAR
Bugün, 13:01 GÜNDƏM
-
Bakıda finlandiyalı rəssamların “Toxunmuş xatirələr” adlı sərgisi açılıb - FOTOLAR
Bugün, 12:49 MƏDƏNİYYƏT
-
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır - VİDEO
Bugün, 12:42 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:22 GÜNDƏM
-
Azərbaycanda doğum azalıb
Bugün, 12:16 CƏMİYYƏT
-
TƏBİB-in İcraçı direktoru özünə yeni müşavir götürüb - O, kimdir? (FOTO)
Bugün, 12:04 SİYASƏT
-
Özgür Özəl partiya yaradarsa... - Türkiyə siyasəti "alt-üst" ola bilər (SORĞU)
Bugün, 11:46 SİYASƏT