“Veysəloğlu”nun tərəfdaşlığı ilə ADA İbtidai Məktəbində xeyriyyə festivalı keçirilib - FOTOLAR
02-11-2024 [13:21]
ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA İbtidai Məktəbində ilk Payız festivalı - məhsul bayramı keçirilib. ADA İbtidai Məktəbi öz şagirdlərinə erkən yaşından milli ənənələrimizə dəyər verməyi aşılayır.
Mia.az-ın məlumatına görə, İbtidai Məktəb şagirdlərinin bilavasitə iştirakı və təşkilatçılığı ilə keçirilən məhsul bayramında ADA Universitetinin müəllim, tələbə və işçiləri, çoxsaylı şirkətlər, tərəfdaş qurumlar, xeyriyyəçilər, valideynlər və məzunlar iştirak ediblər.
Veysəloğlu Şirkətlər Qrupunun təşkilatçılığı və tərəfdaşlığı ilə baş tutan bu bayram öz canlı ab-havası və rəngarəng stendləri ilə yadda qalıb. Festival bazarında ölkəmizin müxtəlif guşələrində yetişdirilən meyvələr, süd, çörək, şirniyyat və digər məhsullar nümayiş etdirilib. ADA İbtidai Məktəb şagirdlərinin əl işləri sərgilənib və festival iştirakçıları tərəfindən dəyərləndirilib.
Sonra festival bazarında və sərgisində nümayiş etdirilən məhsullar və şagirdlərin əl işləri satılıb.
ADA İbtidai Məktəbi yarandığı gündən şagirdlər layiqli vətəndaş olmaq və sosial məsuliyyət daşımaq layihələri üzərində çalışırlar. Bu layihələrdən ikisi - kimsəsiz uşaqlara dəstək və qonşuluqda yerləşən məktəblərdən biri ilə əməkdaşlıq etmək layihələri şagirdlər tərəfindən qalib kimi seçilib. Şagirdlər satışdan əldə edilən vəsaiti akademik ilin sonuna kimi bu iki layihəyə xərcləməyə səs veriblər.
İbtidai Məktəbin şagirdlərinin və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin azyaşlılardan ibarət rəqs kollektivinin tamaşa, musiqi və rəqs ifaları bu xeyriyyə tədbirini daha da yaddaqalan edib.
Payız festivalı - məhsul bayramının keçirilməsində məqsəd ADA ailəsini və tərəfdaşlarını bir araya gətirərək şagirdlərimizi məsuliyyətli vətəndaş olmaq, dəyərlərimizə qiymət vermək, adətlərimizi dirçəltmək, erkən yaşından cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişdirməkdir.
ADA Universitetinin Veysəloğlu Şirkətlər Qrupu kimi xeyriyyəçi tərəfdaşlarının da iştirak etdiyi festival ADA İbtidai Məktəbinin yeni təhsil, düşüncə və həyat tərzi olduğunu bir daha sübut edib. Həmin xeyriyyəçilərin əvvəlki illərdə ADA Universitetinin təşəbbüslərini dəstəkləməsi, indi isə ADA məktəblilərinin ətrafına toplaşması, onların ideya və layihələrini dəstəkləməsi sosial məsuliyyət və məslək ətrafında hamımızda birlik ruhunun olduğunu nümayiş etdirir.
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat