İsrail Qəzzada iki qaçqın düşərgəsinə hücum çəkib - Ölən və yaralananlar var

img

14-10-2024 [00:03]


İsrail Qəzza zolağında Nusayrat və Cibaliya qaçqın düşərgələrinə yenə hücum çəkib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə ümumilikdə 11 nəfər ölüb, 25-dən çox isə mülki şəxs yaralanıb.

Məlumata görə, ölənlərdən 7-si Nusayrat Qaçqınlar Düşərgəsində, 4-ü isə Cibaliyada həlak olub.

Xəbərdə o da deyilir ki, bununla da 7 oktyabrdan 2023-dən bu yana Qəzza zolağında 42 min 175 fələstinli ölüb, 98 min 336 nəfər isə yaralı var.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA