İsrail ordusu ilə "Hizbullah" arasında döyüş şiddətlənir - İsrail tankları vurulub, bir qəsəbədə isə üz-üzə atışma gedir

img

03-10-2024 [00:15]


"Hizbullah" Livanın cənubundakı Marun er-Ras qəsəbəsinə doğru irəliləyən 3 İsrail tankını məhv etdiyini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Hizbullah" açıqlama yayıb.

Açqılamaya görə, Livanın cənubundakı Marun er-Ras qəsəbəsinə doğru irəliləyən 3 İsrail tankı "Hizbullah" döyüşçüləri tərəfindən vurlub: "Tanklar və onları müşaiyət edən hərbçilərin hamısı hadisə yeridə ölüb."

"Hizbullah" bununla yanaşı, İsrailin şimalındakı Misgav Am və Kfar Giladi yaşayış məntəqələri arasında İsrail əsgərlərinin cəmləşdiyi ərazni də raketlə vurduğunu bəyan edib: "Burada da İsrailin ciddi hərbi itkiləri var"

Xəbərdə o da deyilir ki, Livan sərhədinə yaxın Ştula qəsəbəsində irəliləyən İsrail əsgərləri dayandırılıb: "Ərazidə şiddətli döyüşlər gedir".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 02.10.2024

Sabah yağış yağacaq