Aİ "YouTube", "Snapchat" və "TikTok"un qarşısına yeni tələb qoyub

Aİ "YouTube", "Snapchat" və "TikTok"un qarşısına yeni tələb qoyub

PRESS

02.10.2024, 18:06

Avropa İttifaqı (Aİ) "YouTube", "Snapchat" və "TikTok" platformalarının qarşısına yeni tələb qoyub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Aİ onlardan qaydalara riayət olunmasını tələb edib.

Tələbdə deyilir ki, platformalar istifadəçilərin psixi sağlamlığı, alqoritmlərin qarşılıqlı əlaqəyə əsaslanan dizaynı nəticəsində yaranan zərərli məzmunun yayılması, yetkinlik yaşına çatmayanların müdafiəsi və seçki prosesləri kimi riskləri aradan qaldırmaq üçün addımlar atmalıdır.

İttifaq sosial media platformalarına qeyd edilən tələblərlə bağlı noyabrın 15-dək vaxt verib.

Zülfiyyə

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR