Təl-Əvivdə terror aktı: 7 nəfər ölüb, 16 nəfər yaralanıb

img

02-10-2024 [14:12]


Təl-Əvivdə oktyabrın 1-də axşam saatlarında baş verən atışma nəticəsində İsrailin 7 vətəndaşı ölüb, 16-sı yaralanıb.

Bu barədə İsrail polisinin insidentlə bağlı araşdırmanın yekunlarına dair məlumatında bildirilib.

Qeyd edək ki, daha əvvəl 6 nəfərin öldüyü, 9 nəfərin yaralandığı bildirilirdi.

Müəyyən edilib ki, terror aktını iki nəfər törədib, onlardan biri ölüb, digəri isə ağır yaralanıb. Hər ikisi Hevron (İordan çayının qərb sahilindəki şəhər) sakinləridir.

Məlumata görə, terrorçular dayanacaqda tramvay vaqonuna daxil olaraq sərnişinlərə atəş açıblar./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA