"Hizbullah" İsrailin şimalını bombalayıb - Bəyanat

img

02-10-2024 [12:39]


"Hizbullah" bu gün  İsrailin şimalına raketlər fırladıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qruplaşma açıqlama yayıb.

Qeyd edilib ki, İsrailin şimalında yerləşən hərbi kazarmaya və yaşayış məntəqələrinə raket hücumları həyata keçirilib: "Bundan əlavə, Livan sərhədində yerləşən Misgav Am yəhudi qəsəbəsində böyük bir İsrail piyada birliyi raket və top atəşi ilə vurulub. Həmçinin, sərhəd yaxınlığındakı Ştula qəsəbəsinə 2 "Burkan" raketi ilə dəqiq  zərbə endirilib".

İsrailin "Yediot Ahronot" qəzeti İsrailin şimalındakı Yuxarı Cəlil bölgəsində həyəcan siqnallarının artdığını yazıb və əlavə edib ki, raketlərin çoxu boş əraziyə düşüb.

İtkilər haqda isə informasiya verilməyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:49 13.10.2024

Sabah yağış yağacaq