PA rəhbəri Təşkilat Komitəsini topladı: yeddinci iclasda nələr müzakirə edilib? - FOTOLAR
GÜNDƏM
01.10.2024, 18:34
Oktyabrın 1-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan keçən müddət ərzində COP29 üzrə Tədbirlər Planının icrası istiqamətində görülmüş işləri qeyd edib.
Prezident İlham Əliyevin COP29-a hazırlıq prosesini daimi olaraq diqqətdə saxladığını qeyd edən Təşkilat Komitəsinin sədri dövlətimizin başçısının sentyabrın 10-da Bakı Olimpiya Stadionunda COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olaraq müvafiq tapşırıq və göstərişlər verdiyini diqqətə çatdırıb.
Samir Nuriyev sentyabrın 22-23-də Nyu-Yorkda keçirilmiş “Gələcəyin Sammiti”ndə, daha sonra isə BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələri çərçivəsində bir sıra dövlət və hökumət başçılarının öz çıxışlarında COP29-a istinad etməsinə toxunaraq, noyabr ayında bütün dünyanın diqqətinin Azərbaycanda olacağını bildirib.
Prezident Administrasiyasının rəhbəri sentyabr ayında COP29 Sədrliyi tərəfindən Bakıda müxtəlif vacib tədbirlərin təşkil olunduğunu bildirərək, İtki və Zərər Fondunun 3-cü iclasını xüsusi qeyd edib. Təşkilat Komitəsinin sədri hazırda davam edən Bakı İqlim Həftəsinin əldə etdiyi nəticələrin davamlı olacağına inamını ifadə edib, qarşıdan gələn tədbirlər arasında oktyabrın 10-11-də keçiriləcək Pre-COP tədbirinin vacibliyini vurğulayıb.
S.Nuriyev Prezident İlham Əliyevin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin COP29-da iştirakından irəli gələn məsələlərin həlli ilə bağlı verdiyi tapşırığın həm bu ölkələr, həm də inklüzivliyin təmin olunması nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını bildirib.
Təşkilat Komitəsinin sədri dövlət qurumlarının COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla birlikdə çoxsaylı tədbirlər keçirəcəklərini qeyd edib.
S.Nuriyev Azərbaycan QHT-lərinin “Gələcəyin Sammiti”nin işində fəal iştirak etdiklərini və bunun nəticəsi olaraq 22 ölkədən 44 QHT nümayəndəsinin Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi inklüzivliklə bağlı addımlarını dəstəkləyən bəyanat verdiyini bildirib.
Sonra S.Nuriyev Bakı Olimpiya Stadionunda görülən işlər, nəqliyyatın təşkili, təhlükəsizlik, COP29 vizasının əldə edilməsi, informasiya təhlükəsizliyi ilə bağlı məsələlər haqqında danışaraq, onların həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev Nyu-York İqlim Həftəsi ərzində keçirilmiş görüşlər də daxil olmaqla, COP29-la bağlı ümumi gedişat barədə məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Bakı Olimpiya Stadionunda aparılan işlər və digər təşkilati-logistika məsələləri barədə çıxış edib.
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilmiş görüşlər və digər substantiv məsələlər barədə danışıb.
Maliyyə naziri Samir Şərifov iqlim maliyyəsi, bu kontekstdə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə həyata keçirilən əməkdaşlıq barədə çıxış edib.
Elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı təhsil müəssisələrinin fəaliyyətinin təşkili barədə məruzə edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev COP29 zamanı təhlükəsizliyin təmin edilməsi məsələləri barədə danışıb.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova COP29 ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən görülmüş işlər, o cümlədən “İqlim naminə mədəniyyət” təşəbbüsü barədə məlumat verib.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova COP29 ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər və “Harmoniya” təşəbbüsü barədə danışıb.
İclasın sonunda COP29 Tədbirlər Planının icrası istiqamətində görülən işlərin davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Taylandın paytaxtında qorxu dolu anlar... - Minlərlə insan təxliyə edilib
Bugün, 08:32 DÜNYA
-
ƏRDOĞAN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ
Bugün, 00:30 GÜNDƏM
-
Roberto Mançini: "Matça çox fərqli taktika ilə çıxmayacağıq"
Bugün, 00:28 İDMAN
-
Kantenin fantastik maaşı "dodaq uçurtdu"
Bugün, 00:20 İDMAN
-
İran XİN başçısından Trampa "qiyamət" xəbərdarlığı: "Qiyamətə qədər müharibəyə hazırıq"
Bugün, 00:16 DÜNYA
-
"Fənərbağça" klubunun borcu açıqlandı - 27 milyard...
Bugün, 00:10 İDMAN
-
ABŞ Prezidenti: "İranla bu həftə nəzərdə tutulan görüşdən daha çox nəticə gözləyirəm"
Bugün, 00:07 GÜNDƏM
-
Əziz Yıldırım: "Kassamızda 77 milyon avro var"
Bugün, 00:04 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib - FOTOLAR
27.09.2026, 23:19 PRESS
-
Millətlər Liqası: Azərbaycan yığması Litvada yığması qarşısında... (YENİLƏNİB)
27.09.2026, 18:45 İDMAN
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq" - Ərdoğandan Azərbaycana mesaj
27.09.2026, 17:12 GÜNDƏM
-
Sabah bəzi rayonlara dolu düşəcək - Hava proqnozu
27.09.2026, 12:59 CƏMİYYƏT
-
"Nizamnamədən irəli gələn məsələlərə baxılacaq" - YAP sədrinin müavini qurultaydan danışdı
27.09.2026, 12:56 SİYASƏT
-
"Bu gün biz son 200 ilin ən güclü Azərbaycanında yaşayırıq" - Musa Musayev açıqlamalar
27.09.2026, 12:43 SİYASƏT
-
Ağ işıq (esse)
27.09.2026, 12:34 YAZARLAR
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
27.09.2026, 12:01 GÜNDƏM
-
Lerikdə zəlzələ olub
27.09.2026, 11:35 GÜNDƏM
-
DİN-in şəxsi heyəti Zəfər parkında olub
27.09.2026, 11:06 CƏMİYYƏT
-
İlham Əliyev və Mehriban Əliyeva Zəfər parkında - VİDEO
27.09.2026, 10:07 GÜNDƏM
-
Mehriban Əliyev: "Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır!"
27.09.2026, 09:39 GÜNDƏM
-
Elşad Miri saytını satdı
27.09.2026, 09:12 PRESS
-
BUXARESTDƏ 27 SENTYABR - ANIM GÜNÜ QEYD OLUNUB - FOTOLAR
27.09.2026, 00:25 SİYASƏT
-
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO
27.09.2026, 00:16 GÜNDƏM
-
BU GÜN AZƏRBAYCANDA ANIM GÜNÜDÜR
27.09.2026, 00:02 GÜNDƏM
-
"Mənə ”qarnını cıraram, başını kəsərəm” demirdi, amma bıçağı yelləyə-yelləyə..." - Deputat adının hallandığı qalmaqaldan danışdı
26.09.2026, 22:01 GÜNDƏM
-
ARDNF və “BlackRock”un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib
26.09.2026, 19:10 İQTİSADİYYAT
-
Bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
26.09.2026, 19:04 GÜNDƏM
-
Sahil Babayev vəkili yeni vəzifəyə təyin etdi
26.09.2026, 18:02 CƏMİYYƏT
-
Prezident İlham Əliyev və ailəsi "Formula 1"in əsas yarışında - FOTOLAR
26.09.2026, 17:48 GÜNDƏM
-
Türkiyə mediasında Azərbaycana qarşı qərəzli hücumla bağlı daha bir sərt bəyanat: "Ölkəmizə girişləri məhdudlaşdırılacaq"
26.09.2026, 17:40 GÜNDƏM
-
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu
26.09.2026, 17:06 İDMAN
-
Prezident İlham Əliyev Beynəlxalq İnvestisiya Forumunda - MÜHÜM MESAJLAR + VİDEO, FOTOLAR (YENİLƏNİB)
26.09.2026, 17:00 GÜNDƏM
-
Türkiyədə Azərbaycana qarşı təxribat xarakterli kampaniya: "Qardaşlıq, müttəfiqlik münasibətləri..." - Milli Məclis bəyanat yaydı
26.09.2026, 13:30 SİYASƏT