Müdafiə Nazirliyi erməni zabitinin öldürülməsi haqda açıqlama yaydı

img

14-07-2014 [10:24]


"Erməni saytları Azərbaycanla bağlı dəfələrlə qeyri-ciddi, həqiqəti əks etdirməyən məlumat yayıblar və ”NEWS.am” agentliyi də bu işdə başqalarından geri qalmır". 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin ANS PRESS-in sorğusuna cavabında bildirilir.

"Cəbhə xəttində erməni zabitinin öldürülməsi həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır. Bu barədə yayılan xəbər dezinformasiya xarakteri daşıyır. Ermənilər son dövrlər Azərbaycan ordusunun qüdrətlənməsindən və mütamadi olaraq plana uyğun keçirdiyi hərbi təlimlərdən xeyli qorxuya düşüb. Məhz buna görə də erməni saytlarının bu səpgidə yaydıqları informasiyalar daxili auditoriyaya ünvanlanıb. Bir daha qeyd edirik ki, yayılan məlumat təxribat xarakteri daşıyır və onun heç bir əsası yoxdur", deyə Nazirliyin cavabında bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl erməni mətbuatında Kəlbəcərdə Azərbaycan diversiya qrupu erməni hərbçilər arasında atışmaların getdiyi barədə xəbərlər yayılmışdı. Bildirilirdi ki, atışma zamanı bir erməni zabit öldürülüb, bir qadın isə yaralanıb. Deyilirdi ki, atışmada Azərbaycan diversiya qrupunun üzvlərindən biri həlak olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA