Doğru Yol Partiyası Fələstində hərbi əməliyyatlara etiraz bəyanatı verdi

img

12-07-2014 [19:55]


Fələstinin Qəzza bölgəsində bir neçə gündür günahsız insanların qanı tökülür. Azərbaycan ictimaiyyəti bu hadisəyə biganə qalamır. Doğru Yol Partiyası təşkilat komitəsi Fələstində günahsız insanların qətl edilməsi ilə əlaqədar etiraz bəyanatı verib. Bəyanatın mətnini təqdim edirik.

Fələstinin Qəzza bölgəsində İsrailin dinc əhalinin qətliamı ilə əlaqədar Doğru Yol Partiyası Təşkilat Komitəsinin etiraz

BƏYANATI

Artıq yarım əsrə bərabərdir ki, Orta Şərqdə insanlıq, bəşəriyyət əleyhinə müharibə davam edir. Dünya ictimaiyyətinin iradəsinin əleyhinə, beynəlxalq hüququ kəskin şəkildə pozaraq Fələstin xalqının qətliamı prosesinin dayandırılmaması haqsızlığın, hüquqsuzluğun möhkəmlənməsi bəşəriyyəti düşündürməlidir.
XXI əsrdə humanizm,birlik, qardaşlıq prinsipinin dünyada çağırış şüarlarına çevrildiyi halda İslam dininə mənsub olduğuna görə insanların qətliamını, terrorunu pisləyirik. Bu gün müsəlman toplumlarında qan tökülür, terror aktları həyata keçirilir. İnsanlığı, mərhəməti təbliğ edən müqəddəs kitabı Qurani Kərim olan topluma qarşı açıq və gizli savaş dünya üçün təhlükədir. Sülhü müdafiə edən insanları, təşkilatları bu hadisəyə göz yummamağa çağırırıq !

Artıq 25 ildən çoxdur ki, Azərbaycan- müsəlman dövləti üzləşdiyi Qarabağ məsələsinin ədalətli həllinə nail ola bilmir. Müsəlman Azərbaycan dövləti də Fələstin xalqının ağrı acılarını yaşayır. Azərbaycanın Xocalı bölgəsində hələ XX əsrin sonlarında soyqrım oldu. Beynəlxalq hüququ nəzərə almayan qüvvələr dünyada bəd əməllərini davam etdirməklə sülhü müdafiə edən dövlətləri, təşkilatları, insanları müharibənin sınağına çəkir onları silahların qurşunlarının hədəfinə çevirirlər.
50 ildən artıq davam edən İsrail- Fələstin savaşı son günlər daha da şiddətlənib. İsrailin, Fələstinin Qəzza bölgəsində yüzlərlə insanın ölümü, minlərlə insanın yaralanması ilə apardığı hərbi əməliyyatlara etirazımızı bildirir, başda İslam aləmi olmaq şərtilə bütün sülhpərvər dünya ictimaiyyətini Fələstində insan qətliamını durdurmaq üçün lazım olan tədbirləri görməyə çağırırıq.
Baş verən münaqişələr, bütün bu haqsızlıqlar, insanları dini mənsubiyyətinə görə qətlə yetirmənin bir mənbədən idarə olunduğu görünür. .Bu gün dünyada baş verən hadisələrin qarşısını almaq üçün özünü "insan haqlarının müdafiəçisi", "demokratiya keşikçisi" hesab edən Qərb çevrələrinin proseslərə göz yummamağını real faktları gizlətməməyini təklif edirik. İsrailin Fələstin vətəndaşlarına qarşı soyqırımı dünya müsəlman gənclərini radikallaşmağa sövq edir. Bunun mənfi nəticəsi İraqda, Suriyada artıq görünür.
Doğru Yol Partiyası Təşkilat Komitəsi olaraq Fələstində qətliam edilən din qardaşlarımızın yanında olduğumuzu bildiririk !

12 iyul 2014 cü il, Bakı şəhəri

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA