Pakistanda məzhəblər arasında toqquşma: azı 25 nəfər ölüb

Pakistanda məzhəblər arasında toqquşma: azı 25 nəfər ölüb

DÜNYA

26.09.2024, 11:17

Pakistanın Hayber Paxtunxva əyalətində şiə və sünni qəbilələri arasında toqquşma baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məzhəblər arasında yaşanan toqquşmada azı 25 nəfər həyatını itirib.

Hayber Paxtunxva əyalətinin sözçüsü Saif Əli bildirib ki, bölgədəki gərginlik mübahisəli torpaq sahəlsində aparılan tikintiyə görə baş verib: "Hazırda bu problemi həlll etməyə çalışırıq. Təəssüf ki, toqquşmalar nəticəsində ən azı 25 nəfər ölüb, çoxlu yaralı var"

Qeyd edək ki, 240 milyon əhalisi olan Pakistanda zaman-zaman belə qarşıdurmalar olur. 

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR