Vüqar Səfərlinin oğlu atasının müsadirə olunan əmlaklarını geri tələb edir - Məhkəmə qalmaqalı
PRESS
20.09.2024, 10:26
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin oğlu Seymur Səfərli və iş üzrə digər maraqlı şəxs Məmmədov Azər Oruc oğlu kassasiya şikayəti veriblər.
Məlumata görə, onlar Ali Məhkəməyə müraciət edərək müsadirə olunmuş əmlakların geri qaytarılmasını istəyirlər.
Şikayət hakim Vidadi Cəfərovun icraatına verilib.
Qeyd edək ki V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib(Pravda.az).
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay və “Portos” MMC-nin direktoru Nadir Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum olunub. Digər təqsirləndirilən - Telman Tahirov, Şahin İbrahimov və Ədalət Vəliyevə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.
Həmçinin hökmə əsasən, V.Səfərlinin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.
Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.
Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Daha sonra V.Səfərli və ailə üzvləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmədə keçirilən prosesdə elan olunub ki, “Portos” MMC maraqlı şəxs kimi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə üz tutub. Lakin həmin şikayətin mümkünlüyü yoxlanılmayıb. Buna görə də iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb və müvafiq qərar çıxarılıb.
Xatırladaq ki, “Portos” MMC daha əvvəl Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun baldızı Gülər Vəliyevanın adına olub. Daha sonra şirkətə Nadir Məmmədov rəhbərlik edib. MMC "Jurnalistlər binası"nın tikintisində podratçı şirkət olub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"AZƏRİQAZ"DA İNANILMAZ QƏRAR: 21 rayonda sürücülərdən maşınlar geri yığılır (YENİLƏNİB)
Bugün, 20:56 GÜNDƏM
-
Qazaxda ağır qəza: üç nəfər ölüb
Bugün, 20:40 KRİMİNAL
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb - XİN açıqladı
Bugün, 20:27 SİYASƏT
-
Prokurorun etirazı qəbul olunmadı General qızı haqda qərar verildi (Yenilənib)
Bugün, 19:39 GÜNDƏM
-
Əsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub
Bugün, 18:25 KRİMİNAL
-
Amerika klubları "Fənərbağça"nın hücumçusu uğrunda yarışır
Bugün, 18:09 İDMAN
-
Juan Mata 38 yaşlında futbola "sağ ol" dedi
Bugün, 18:06 İDMAN
-
Trampın bu hərəkəti gündəm oldu - FOTO
Bugün, 17:51 DÜNYA
-
DSMF-nin debitor və kreditor borcları artıb
Bugün, 17:43 İQTİSADİYYAT
-
Polis əməliyyatı: 104 kq narkotik dövriyyədən çıxarıldı, həbslər var
Bugün, 17:37 KRİMİNAL
-
Kəmaləddin Heydərov qanunsuz tikliyə etiraz edən işçisini vəzifədən çıxardı - VİDEO
Bugün, 17:32 CƏMİYYƏT
-
"Qalatasaray"ın hücumçusu Ukraynaya görə geri dönə bilmir
Bugün, 17:15 İDMAN
-
Küləkli hava ilə bağlı - XƏBƏRDARLIQ
Bugün, 17:09 CƏMİYYƏT
-
Dövlət qulluğu imtahanında mühüm dəyişiklik: daxili müsahibə və iki fənn ləğv edilir, yenisi əlavə olunur (YENİLƏNİB)
Bugün, 17:03 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Kirayəçi evdən çıxmırsa, ev sahibi nə etməlidir? - Şərh
Bugün, 16:55 CƏMİYYƏT
-
Ərdoğanın müavininin oğlu istintaqa çağırıldı - Milyardlıq dələduzluq iddiası
Bugün, 16:29 SİYASƏT
-
Kremlin əsas ideoloqun paylaşdığı xəritə: “üçqütblü dünya modeli" və ya Rusiya, Çin və Amerikaya ayrılan xəyali dünya (TƏHLİL)
Bugün, 16:23 SİYASƏT
-
Su Ehtiyatları Agentliyi barədə yeni qərar: 435 ştat vahid yardıldı
Bugün, 16:16 CƏMİYYƏT
-
Aparıcıya yeni vəzifə verildi
Bugün, 15:54 PRESS
-
AKP-nin "ağır topu"ndan Ərdoğana xəbərdarlıq: "Sözün bitdiyi yerdəyik, partiyanı parçalayırlar"
Bugün, 15:43 SİYASƏT
-
RUSİYAYA QARŞI YENİ HƏMLƏ - İngilislər Ukraynaya 1000-dən çox raket və 12-dən çox radar göndərir
Bugün, 15:38 GÜNDƏM
-
Artıq ödənilmiş vergi... - Geri qaytarılma prosesi sadələşdirilib
Bugün, 15:30 İQTİSADİYYAT
-
“PlayStation 5” udmaq istəyirdi, amma “Changan Q07” qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının qalibi danışdı
Bugün, 15:15 İQTİSADİYYAT
-
İcra başçısının müavini nazirin qəbuluna niyə gedib? - Maraqlı xəbərə sözardı... + FOTO (YENİLƏNİB)
Bugün, 15:13 CƏMİYYƏT
-
İlham Əliyev Latviya Prezidentini təbrik edib -MƏTN
Bugün, 14:56 GÜNDƏM
-
Azərbaycan Prezidenti Omanın Sultanına məktub ünvanlayıb
Bugün, 14:37 GÜNDƏM
-
Prezident İlham Əliyev Dövlət Komitəsinin yeni Əsasnaməsini təsdiqlədi - Sədr müavinlərinin sayı artdı
Bugün, 14:28 GÜNDƏM
-
Traktor sürücüləri ilə bağlı yeni qaydalar təsdiqləndi
Bugün, 14:23 CƏMİYYƏT
-
Qəbələdə qeyri-adi hadisə - Həmkəndlisinin qulağını dişləyərək qoparan şəxs tutuldu
Bugün, 14:09 KRİMİNAL
-
Azərbaycan və Almaniya XİN başçıları mətbuat konfransında: "Bütün Cənubi Qafqaz Avropa üçün imkanlar regionudur" - Yeni mesajlar verildi (YENİLƏNİB)
Bugün, 14:01 GÜNDƏM
-
SOCAR və BP-nin İsrailin qaz sektorundakı birgə fəaliyyəti haqqında - Açıqlama
Bugün, 13:47 İQTİSADİYYAT
-
Bakıda gənc rəssamın ölümünün yeni təfərrüatı məlum olub
Bugün, 13:36 KRİMİNAL
-
PUTİN, TRAMP və Sİ CİNPİN BİR ARADA - VİDEOLAR (Yenilənib)
Bugün, 13:31 GÜNDƏM