İsrail HHQ “Hizbullah”ın silah anbarlarına və infrastrukturuna hücum edib

img

16-09-2024 [20:18]


İsrail Hərbi Hava Qüvvələri (HHQ) “Hizbullah” hərəkatının Livanın cənubundakı obyektlərinə növbəti zərbələr endirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələrin hədəfi “Hizbullah” silahlı birləşmələrinin müxtəlif hərbi infrastruktur obyektləri, o cümlədən silah anbarları olub.

Qeyd olunur ki, zərbələr Livanın cənubundakı Blida, Kfar Şuba, Teyr Harfa və Əl-Edeyse yaşayış məntəqələri yaxınlığına endirilib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA