"Bakı Atatürk Liseyi” məhkəməyə verilib - "Bu tərbiyəsizlikləri Türkiyədə edə bilməzlər, amma..."
YAZARLAR
16.09.2024, 11:27
Elnur MƏHƏRRƏMLİ
Azpolitika.info saytının Baş redaktoru
***
“Türkçü-turançı diktatorlar”la yollarımızı ayırdıq! "Hədəf Liseyilə davam edəcəyik.
Səbuhi və Dəniz bundan sonra təhsillərini Hədəf Liseyində davam etdirəcəklər. 11-ci sinifdə məktəb dəyişməyə məcbur olduq. “Türk liseyi” brendinə qara ləkə olan “Bakı Atatürk Liseyi” ilə son ildə yolumuzu ayırdıq.
Bakı Atatürk Liseyi təhsilin səviyyəsinə görə, məsələn, tamamilə ödənişsiz olan Dəyanət Liseyinin çox-çox uzağında olsa da, son illərdə sürətlə təhsilhaqqını artırmağa başlayıb.
Bakı Atatürk Liseyi Türk Dünyası Araşdırmalar Vəqfinin liseyidir. Bu vəqfi professor Turan Yazqan qurub. Hazırda vəqfə onun oğlu rəhbərlik edir. Türkçülüyün, turançılığın təbliği vəqfin fəaliyyətinin əsasını təşkil edir və bu niyyətlə bir çox yerlərdə, o cümlədən Azərbaycanda lisey təsis ediblər. Hər halda özləri belə bəyan edirlər. Rəsmi saytlarında onu da bəyan ediblər ki, “okullarımız heç bir ticari amac taşımayan, kar qayesi güdmeyen kuruluşlardır”. Yəni məqsədləri pul qazanmaq deyil, türkçülüyün, turançılığın təbliğidir.
Lakin nə işdirsə, məqsədləri “ticari amac” daşımayan bu liseydə hazırda illik təhsilhaqqı 4500 manatdır. Bu rəqəm bir çox özəl liseylərin qiymətinə yaxındır və sadə riyazi hesablama sübut edər ki, hazırda bu “türkçü-turançı bəylərin” Bakı Atatürk Liseyi tərtəmiz “ticari amacla” fəaliyyət göstərir. Göstərsin, bunda işimiz yoxdur. Türkçülük-turançılıq maskası altında gizlənən azmı dələduz görmüşük?!
Amma siz bu vəqfin, liseyin rəhbərliyinin türkçülük-turançılıq bir yana qalsın, adi təhsilverən, müəllim, ziyalı adına ləkə olan hərəkətlərinə baxın. Demək “ticari amac” daşımayan Bakı Atatürk Liseyində 2018-ci ildə hər uşağa illik 1000 manatla təhsilə başlamışıq. 28 May metrostansiyasının yanında darısqal, həyəti, məktəb infrastrukturu olmayan kiçik bir binaları var. Sonra Əhməd Rəcəbli küçəsində nisbətən geniş, az-çox məktəbə oxşayan binaya köçdülər. Biz də illik 2 min manatla bura köçdük. 9-cu sinifdə təhsilhaqqı 2500 manata, 10-cu sinifdə 2750 manata qalxdı. Razılşadıq. Bu il isə bu “türkçü-turançı dələduzlar” heç bir əsaslandırma, izah vermədən tərbiyəsiz formada, həyasızcasına hər uşağa 4500 manat tələb etməyə başladılar. Üstəlik, etiraz etmək və ya heç olmasa səbəbini öyrənmək istəyən valideyinləri heç qəbul belə etmək istəmirdilər.
Övladı 11-ci sinifə keçən, kəskin qiymət artımına yəqin ki, həm də gücü çatmayan, amma eyni zamanda da bizim kimi son sinifdə uşağını dostlarından, çevrəsindən ayırmaqla, ona psixoloji sarsıntı yaşatmaq istəməyən valideynlərin bir qrupu 11-ci siniflər üçün qiymət artımına getməmək xahişi ilə liseyin sahibinə - Türk Dünyası Araşdırmaları Vəqfinə məktub yazmaq qərarına gəldilər. Məktubu 22 valideyn imzalasa da, məktub vəqfin email adresinə 2 valideynin elektron poçtundan göndərildi. Bilirsinizmi, bundan sonra nə baş verdi? Böyük Demokrat Atatürkün adını istismar edən bu liseydə hansı rəzilliyin yaşandığını təsəvvür edə bilməzsiniz: Liseyn direktoru Eylem Gültekin “beni nasıl şikayət edərsiniz” deyə həmin 2 valideynin uşağını məktəbdən qovdu!
Bu qanacaqsız qadına türmə rəisi yox, məktəb direktoru olduğunu başa salmaq üçün liseyə getdim. Təxminən yarım saat gözlədəndən sonra qəbul etdi. “Kəsin qərarımızdır” deyə təhsilhaqqı məsələsinə nöqtə qoyduqdan sonra həmin 2 uşağın məktəbdən qovulması məsələsini qaldırdım. “Hər kəs kəndi işini konuşsun”, deyə o mövzunu da bağladı. Dedim məhkəməyə verəcəm sizi. Bunu eşidən kimi özündən çıxdı və elə ordaca göstəriş verdi ki, bizim uşaqlar da məktəbdən uzaqlaşdırılsın.
Bundan sonra vəqfin başqanı Közhan Yazgan’a məktub yazdım. Qeyd etdim ki, bu tərbiyəsizlikləri Türkiyədə edə bilməzlər, amma Azərbaycan da banan ölkəsi deyil. “Türkçülük-turançılıq” şüarları altında uşaqları aşağı ödənişlə məktəbə cəlb edib, son sinifdə onlardan ikiqat ödəniş tələb etmək, normal qaydada müraciət və ya hətta olsun ki, şikayət edən valideynləri şantaj etmək, 2 uşağı isə onların ala biləcəkləri psixoloji travmanı nəzərə almadan qovmaq, yoldaşlarından ayırmaq ləyaqətsiz əməldir. Üstəlik də dələduzluqdur. Dedim ki, “əlbəttə, təhsil haqqını istədiyiniz kimi müəyyən edə bilərsiniz, bu Sizin hüququnuzdur. Lap 100 min tələb edin. Lakin bunu okulunuza ilk gələn öyrəncilərə tətbiq etməyiniz daha məntiqli və əxlaqlı olardı. 11-ci sinfin öyrəncisinə tətbiq etməyiniz doğru deyil. Belə çıxır ki, siz düşük ödənişlə insanları okulunuza cəlb edir, sonra isə onları asılı vəziyyətə salaraq, istədiyiniz fiyatı tələb edirsiniz? Bəs Sizin bu tələbinizi qarşılamağa imkanı olmayan valideyn nə etməlidir, heç düşünürsünüzmü? 11- ci sinifdə uşağın okulunu dəyişmək, onu dostlarından, sinif yoldaşlarından ayırmaq, psixolojisini pozmaq nə deməkdir, bunun fərqindəsinizmi?”
Həmçinin soruşdum ki, “kar qayəsi olmayan” liseyinizin birdən-birə bu qədər yüksək qiymət artımına getməsi nə ilə bağlıdır? Nə baş verib ki, bu qədər böyük bahalaşma tətbiq edirsiniz? Azərbaycanda devalvasiyamı olub? Milli paramız dəyərmi itirib? İqtisadi böhranmı olub?
Bəlkə təhsilin keyfiyyətində ötən illə müqayisədə böyük keyfiyyət fərqi olacaq? Dərs saatlarımı artıb?
Belə qanunsuzluğu, özbaşınalığı Türkiyədə edə bilərsinizmi? Budurmu, Sizin “türkçülüyünüz”, “turançılığınız”?! Böyük demokrat Atatürkün ismini daşıyan liseydə bu nə diktatorluq? İnsanlar etiraz, şikayət edə bilməzlərmi?
Təbii ki, “türkçü-turançı dələduzlar” bu sualların heç birinə cəvab vermədilər. Çünki cavab versələr, dələduz olduqları üzə çıxacaqdı.
Bundan sonra iş qaldı məhkəməyə. Məktublarımıza cavab vermədikləri kimi hələ məhkəməyə də gəlmirlər. İlk iclas avqustun 29-na təyin olunmuşdu, gəlmədilər. Amma geri çəkilmək yoxdur. Bunların “Atatürk”, “türkçülük”, “turançlıq” adları altında gizlənərək yaramazlıqla məşğul olduqlarını məhkəmə qaydasında da sübut edəcəm. Qoy övladını “türk liseyidir, yaxşı təhsil və tərbiyə verir”, “Atatürkün adını daşıyır”, “türkçü-turançıdırlar” deyə aldanaraq bu liseyə yerləşdirənlər də bilsinlər ki, bunların keyfiyyətli təhsil vermək bacarığı bir yana qalsın, elementar mədəniyyətləri də yoxdur, üstəlik, dəllal kimi davranırlar – bu il sizdən 4500 manat təhsil haqqı istəyər, lakin gələn il heç bir izahat vermədən 10-15 minə qaldıra bilərlər.
P.S .Yazı müəllifin0Feysbuk-dakı hesabından götürülüb!
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda tıxaca qarşı daha bir çıxış yolu: gediş-gəlişi asanlaşdırmaq üçün kanat yolu ilə açılacaq - VİDEO
03.10.2026, 23:45 CƏMİYYƏT
-
“Turan Tovuz” - “Fənərbaxça” matçında ara qarışdı - VİDEO (Yenilənib)
03.10.2026, 22:06 İDMAN
-
ABŞ-da mülki təyyarə "yox"a çıxıb
03.10.2026, 21:26 DÜNYA
-
Azərbaycanda bu ərazilərə qar yağır
03.10.2026, 18:24 GÜNDƏM
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs tutulub
03.10.2026, 18:03 KRİMİNAL
-
MAAŞLAR NƏ QƏDƏR QALXACAQ və KİMLƏRƏ ŞAMİL OLUNACAQ? - İqtisadçı detalları sadaladı
03.10.2026, 17:19 İQTİSADİYYAT
-
Rektor 4 ay əvvəl təyin etdiyi müşaviri vəzifədən çıxardı
03.10.2026, 16:55 CƏMİYYƏT
-
Azərbaycan və İran XİN başçıları telefonda danışdı - Nələr müzakirə olunub?
03.10.2026, 15:05 SİYASƏT
-
“Yaşıl ölkə”də dörd gün - İlqar Tağıyev səfər qeydlərini yazır
03.10.2026, 14:33 İDMAN
-
“Ferrum Kapital” QSC-də dəyişiklik olub
03.10.2026, 12:53 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
03.10.2026, 12:44 GÜNDƏM
-
Prezident İlham Əliyev: "Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı..."
03.10.2026, 12:07 GÜNDƏM
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTOLAR
03.10.2026, 11:00 GÜNDƏM
-
Bakıda ərzaq satışı köşkündə 58 yaşlı kişi yanaraq ölüb
03.10.2026, 10:27 CƏMİYYƏT
-
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib - SƏRƏNCAM
03.10.2026, 10:06 GÜNDƏM
-
XİN: "Ortaq kök, dil, tarix və mədəni dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri..."
03.10.2026, 09:46 SİYASƏT
-
Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşdı
03.10.2026, 09:08 İQTİSADİYYAT
-
Millətlər Liqası: 10 oyun oldu, hansı komandalar qalib gəldi? - Türkiyə yenə uduzdu
03.10.2026, 00:46 İDMAN
-
Türkiyədə televiziya kanalı bağlanıb
03.10.2026, 00:03 PRESS
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
03.10.2026, 00:00 CƏMİYYƏT
-
Türkiyə futbolunda ard-arda baş verən qalmaqallı həbslər... - UEFA hərəkətlənib
02.10.2026, 23:44 İDMAN
-
Türkiyəli məşhur aktyorun saatı gündəm oldu - FOTO
02.10.2026, 23:37 ŞOU-BİZNES
-
Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı - VİDEO
02.10.2026, 23:31 GÜNDƏM
-
TFF Okan Buruka 1, Uqoçukvuya isə 2 oyunluq cəzanı təsdiqlədi
02.10.2026, 20:12 İDMAN
-
Mərkəzi Hakimlər Komitəsinin sədrinin səs yazısı yayıldı
02.10.2026, 19:53 İDMAN
-
"Beşiktaş" "Kocaelispor" matçına hazırlaşır
02.10.2026, 19:42 İDMAN
-
"Olimpik Marsel" gənc oyunçusunun müqaviləsini uzadıb
02.10.2026, 19:24 İDMAN
-
Ferran Torres İspaniya millisindən çıxarılıb
02.10.2026, 18:52 İDMAN
-
Avropa Trampın təhdidinə boyun əydi: 50 milyon barel dizel ehtiyatı satışa çıxarıldı
02.10.2026, 18:44 İQTİSADİYYAT
-
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTOLAR
02.10.2026, 18:28 CƏMİYYƏT
-
Qana milli komandası baş məşqçisi ilə yollarını ayırdı
02.10.2026, 18:17 İDMAN
-
"Türkiyə gözəli" indi Qocalar evində yaşayır: "Kaş ki, o günlər olaydı..." - FOTOLAR
02.10.2026, 18:09 MƏDƏNİYYƏT
-
"Musa Musayev DSK sədridir, o, partiyada necə vəzifə tuta bilərdi ki?" - Sabiq deputatla bağlı yayılan xəbər yalan çıxdı
02.10.2026, 18:01 SİYASƏT
-
122 metr hündürlüyündə saray saldı: helikopter dayanacağı və... - Ancaq köçmədən üzərinə həbs qoyuldu + FOTOLAR
02.10.2026, 17:49 DÜNYA